Dərc edildi: Baxış sayı: 451
"Spartak" azərbaycanlı futbolçunun klubu ilə razılıq əldə edib
Rusiyanın "Spartak" klubu azərbaycanlı futbolçu Ayaz Quliyevi heyətinə qatmağa yaxındır.
"Report" "Soccernews.ru" saytına istinadən xəbər verir ki, Moskva təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün klubu "Rostov"la razılıq əldə edib.
"Spartak" istedadlı oyunçunun keçidi üçün klubuna 60 milyon rubl (təxminən, 770 min avro) ödəyəcək.
Qeyd edək ki, A.Quliyev məhz mövsümün əvvəlində yetirməsi olduğu "Spartak"dan "Rostov"a keçib. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət