Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Soyuq mövsümdə hansı meyvə və tərəvəz daha faydalıdır

Soyuq mövsümdə hansı meyvə və tərəvəz daha faydalıdır
Sakura

Soyuq mövsümdə hansı meyvə və tərəvəz daha faydalıdır

İlkn soyuq və yağıntılı mövsümündə hamımızın vitaminlərə ehtiyacımız olur. Sağlamlığımızın möhkəm olması üçün gündə ən azı üç porsiya meyvə və tərəvəz yeymək arzu olunandır. Ancaq özəllikllə onlardan hansılarını?

Ens.az bildirir ki, vitaminlər mövsümü çoxdan bitib və bədənimiz sağlam qidalar tələb edir. Formada qalmaq və sağlam olmaq üçün mütəmadi olaraq özümüzü vitaminlərlə qidalandırmaq lazımdır. Qışda rasion çox da müxtəlif deyil və müəyyən miqdarda bitki əsaslı qidalar yemək nadir hallarda mümkündür. Nəticədə yazqabağı çoxumuzda vitamin çatışmazlığı özünü biruzə verir.

İnsanların əksəriyyəti tərəvəzlərin, meyvələrin və şirələrin yemək rasionumuzun ayrılmaz bir hissəsi olduğunu bilsə də, onların heç də hamısı bu vacib prinsiplərin hər gün tətbiq edilməli olduğunu başa düşmürlər. Meyvə və tərəvəzin müntəzəm istifadəsi insan orqanizmini bütün xəstəliklərdən və yaşlanmadan yaxşı müdafiə edir.

Soyuducuda banan, portağal, kivi, sitrus meyvələri, kələm, soğan, yerkökü, nar, çuğundur, balqabaq olmalıdır. Bütün bu məhsullar vitamin çatışmazlığının öhdəsindən mükəmməl şəkildə gəlir.

Banan - doyumludur. Qışda sizi depresiyadan xilas edəcək. Bu meyvədə xoşbəxtlik hormonu - serotonin var. Bu sevinc hormonu qıcıqlanmadan xilas olmağa kömək edir. Həm də diqqətliliyinizi və iş keyfiyyətinizi artıracaqdır. Bundan başqa, bananın tərkibindəki kalium ürək və qan damarlarını gücləndirir.

Nar - soyuqdəymə və qrip mövsümündə əvəzolunmaz bir yoldaşdır. C vitamini və B12 ilə zəngindir. Nar qanı yaxşı durulaşdırır.

Kələm - qan damarlarını əla şəkildə gücləndirir. Maddələr mübadiləsi normallaşdırır. Soyuqdəymə zamanı kələm şirəsi bəlğəm gətirən vasitə rolunu oynayır.

Kivi - ciddi faydalar verməyə qadirdir. İmmunitet sistemini mükəmməl şəkildə gücləndirir. C: A, PP, E, B9 kimi bir çox vitaminə malikdir. Dəmir, maqnezium, yodla da zəngindir. Kivini qabığı ilə yemək daha məqsədəuyğundur (ancaq tüklərsiz).

Sitrus meyvələri - portağal, limon, qreypfrut, pomelo və naringi. Bütün bu meyvələr parlaq rəngləri ilə əhvalı yüksəldir və immuniteti lazımi səviyyədə saxlayır.

Soğan - tərkibində olan fitonsidlər mikrobları məhv edir. Şorba, salat və əsas yeməklərə hər cür soğan əlavə etməyiniz vacibdir, tezliklə güc və əhval-ruhiyyənizin artdığını görəcəksiniz.

Yerkökü - qışda da yemək faydalıdır. Həzmi və maddələr mübadiləsini yaxşılaşdıracaqdır. Üstəlik, qaynadıldıqda yürkökündən ayrılan vitaminlər şişlərin inkişafına mane olur. Qaymaq və yerkökü suyundan hazırlanan kokteylin əla effekti olur. Bu halda, yalnız müalicəvi maddələr əldə etmirsiniz, eyni zamanda bədəninizə daxil olan A vitamini həzm qabiliyyətini artırır. Görmə, diş və sümüklərə faydalı təsir göstərir.

Çuğundur- təzyiqi azaldır və iltihablı proseslərlə mübarizə aparır, həmçinin bağırsaq hərəkətliliyini yaxşılaşdırır.

Balqabaq - tərkibində günəş işığı yetməməzliyindən qoruyan və yaşlanma prosesini ləngidən bir çox makro element var. Balqabaq tumlarını çırtlayıb yemək də olduqca faydalıdır.

Qabaq- Mədə-bağırsaq traktı üçün son dərəcə faydalıdır. Qida lifləri və sellüloz mübadilə proseslərində aktiv köməyi təmin edir, lazımsız şlakların və toksinlərin çıxardılmasına imkan yaradır, bağırsaqları stimullaşdırır. Qabaq qan xolesterolunu və ödəmi azaltmağa kömək edir. Düzgün qidalanın.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR