Dərc edildi: Baxış sayı: 451
Şoyqu ArMİ-2019-u açıq elan etdi
Rusiya Müdafiə naziri Sergey Şoyqu “Beşinci Beynəlxalq Ordu Oyunları – 2019”u (ArMİ-2019) açıb.
Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.
ArMİ-2019-da 39 ölkədən 223 komanda iştirak edir. Bunlardan 7-si oyunlarda ilk dəfədir iştirak edir: İordaniya, Kambodca, Konqo, Kuba, Mali, Mozambik, Şri-Lanka. İştirakçılar arasında separatçı Cənubi Osetiya və Abxaziya da yer alıb.
Fransa, ABŞ, Slovakiya, Türkiyə və Meksika isə oyunlara müşahidəçilərini göndəriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət