Slimfit
  1. SİYASƏT

Soyqırımı haqqında qanunun qəbulu təklif olundu

Soyqırımı haqqında qanunun qəbulu təklif olundu
Sakura

Soyqırımı haqqında qanunun qəbulu təklif olundu

“İşğal edilən torpaqlar haqqında qanun layihəsinin hazırlanmasını, Milli Məclisdə Qarabağ komitəsinin yaradılması haqda təklifləri dəstəkləyirəm. Eyni zamanda ermənilər Azərbaycanda dəfələrlə soyqrımı törədiblər. Ancaq biz indiyə qədər "Soyqrımı haqqında" qanun layihəsi qəbul etməmişik. Hesab edirəm ki, belə bir qanunun qəbuluna ehtiyac var”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Elman Məmmədov deyib.

Məmmədov Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı bir neçə təkliflə çıxış edib.

O, deyib ki, parlamentin Əmək və sosial siyasəti, Hüquq siyasəti və dövlət quruculuğu komitələri "Qaçqın və məcburi köçkünlərin statusu haqqında" Qanuna əlavə və dəyişiklikləri müzakirəyə çıxara bilər: Nazirlər Kabinetinin bir qərarı var və ona yenidən baxılmalıdır. Bir həqiqət var ki, məcburi köçkünə müavinət onların statusuna görə verilir”.

Deputat təklif edib ki, iş planına Qarabağ danışıqları ilə bağlı vaxtaşırı parlamentdə dinləmələrin keçirilməsi daxil edilsin: “Nələr müzakirə edilir? Həmsədr dövlətlər, Minsk Qrupu danışıqları hansı istiqamətdə aparır? Hesab edirəm ki, bu mövzuda açıq və ya qapalı formada müzakirələr aparmalıyıq”.

Deputat daha sonra deyib ki, Milli Məclisin iclas saatlarının vaxtına baxılmalıdır: “İclas saat 12-də başlayır, 14:00-da tənəffüs elan olunur və 16:00-da başlayaraq 18:00-a qədər davam edir. Bu reqlament 1995-ci ildə qəbul edilib. O zaman parlamentin 70 faiz üzvü vəzifəli şəxslər idi. Hesab edirəm ki, biz iclasların saatına yenidən baxmalıyıq”.

O, iclasın ya saat 10-da başlayıb 12-də bitməsini, ya da 11-dən 13:00-a kimi davam etməsini təklif edib.

“Daha sonra isə 2 saat fasilə verilsin və fasilədən sonra iclas yenidən davam etsin”, - deputat vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR