Slimfit
  1. AZƏRBAYCAN

“Sovetski” ərazisində yeni açılan Mərkəzi Parkdan fotosessiya

“Sovetski” ərazisində yeni açılan Mərkəzi Parkdan fotosessiya
Sakura

“Sovetski” ərazisində yeni açılan Mərkəzi Parkdan fotosessiya

Bir vaxtlar sakinlərin uğrunda mübarizə apardığı köhnə Bakı qəsəbələrindən biri olan “Sovetski”nin yerində indi Bakının ən böyük istirahət parkı- Milli Park salınıb. Bir zamanlar bu ərazilərin ərəblərə satılacağı ilə bağlı, həmçinin hündürmərtəbəli binalar tikiləcəyi ilə bağlı söhbətlər gəzsə də, hökumət məhz ən çox arzuolunan variantı gerçəkləşdirdi. Bakının mərkəzindəki geniş sahəni əhatə edən bu ərazidə park salınmasına qərar verdi. Məlum olduğu kimi, may ayının 13-də prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın parkın açılışında iştirak etdilər.

Qeyd edək ki, bu Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb, həmçinin ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası salınıb.

Musavat.com-un müxbiri parka baş çəkərək görülən işləri, yeni yaradılan infrastrukturu işıqlandırmağa çalışıb. Görülən işlər çərçivəsində Təzəpir məscidinin qarşısındakı bağdan məscidə əlavə giriş imkanı da olacaq. Həmçinin Füzuli meydanı ətrafındakı ərazi yenidən qurulub, burada əhalinin təhlükəsiz hərəkəti üçün piyada keçidinə yeni giriş yaradılıb. Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib. Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Parkın ərazisində Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Parkada istirahət edən sakinlərlə də həmsöhbət olduq.

Onlar bu istirahət məkanından zövq aldıqlarını və bir neçə il öncə əlverişsiz, yaşam şəraiti bərbad olan “Sovetski” ərazisində belə bir parkın salınmasını , vətəndaşların istirahəti üçün şərait yaradılmasını müsbət qarşıladılar. Qeyd etdilər ki, park ərazisində indi əkilən ağaclar bir neçə il sonra Bakının mərkəzində yeni bir meşəliyin yaranması deməkdir.

Yeni park zonası şəhərin mərkəzini onun dağlıq hissəsi ilə birləşdirən "Qış bağı"nın davamıdır. Bu zonada tikinti işləri davam edir və parkın ərazisi daha da genişləndiriləcək. Sözügedən yerdə əhalinin istirahət etməsi və əylənməsi üçün şərait yaradılıb.

Musavat.com sözügedən parkdan fotosessiyanı təqdim edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR