Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Sovet dövrünün məşhur qanartıran şokoladı – Hematogen nəyə kömək edir?

Sovet dövrünün məşhur qanartıran şokoladı – Hematogen nəyə kömək edir?
Sakura

Sovet dövrünün məşhur qanartıran şokoladı – Hematogen nəyə kömək edir?

O dövrün uşaqları yaxşı xatırlayır, bağçada arada bu şokoladlardan verər, valideynlər aptekdən bu möcüzə vasitəni alardılar. Qəribə dadı, xoşagələn tamı və maraqlı tərkibi olan Hematogenin populyar olmasına səbəb nə idi? Həqiqətənmi bu plitka şokolad qanı artırır, uşaqları canlandırırdı.
 
Medicina.az elə indi də apteklərdə satışda olan, hələ də Sovet dövrünün sirli məhsuluna inananların sevimli məhsulu barədə maraqlı məqamları təqdim edir.
 
Tarixi: 
 
Sovet illərində və hazırda Qərb ölkələrində qəbul olunmayan, Sovet İttifaqının uydurması hesab edilən hemotagenin yaranma tarixi əslində XIX əsrdən başlayır. 1890-cı ildə İsveçrədə qan dövranını yaxşılaşdıran doktor Qommelin hematogen qarışımı satışa çıxarıldı. Şokolada bənzər kütləni öküz qanı və yumurta sarısından hazırlamışdılar.
 
Bu maraqlı icadın müəllifi doktor Adolf Qommel alman idi, bir müddət Rusiya imperiyasında  da yaşamışdı. Onun möcüzə preparatı Rusiyada da qısa müddətdə tanındı. Amma Sovetlər qurulandan sonra Rusiya öz hematogenini  istehsal etməyə başladı, amma bu dəfə şirin baton şokolad formasında.
Bu məqsədlə hətta xüsusi dövlət qurumu da yaradılır və az qala bütün Sovet İttifaqında bütün uşaqlara hematogen pediatrlar tərəfindən yazılmağa başlanılır. 
 
Sovetlərdə ən çox gəlir gətirən məhsullardan birinə çevrilən hematogen hətta Qırmızı Ordunun əsgərlərinə də verilirdi.
Amerika bu şokoladın təsirini, həqiqətən sağlamlığa faydalılığını bir müddət araşdırıb bu qərara gəlmişdi ki, bu sadəcə mifdir, Sovet əhalisinin apteklərdə dərman, mağazalarda konfet, şokolad qıtlığını azaltmaq üçün metoddur.
 
 Ayı, yoxsa öküz qanı?
 
Əvvəllər deyilənə görə, hematogen üçün ayı qanı istifadə olunurmuş.  Həqiqətən ayı qanı müalicəvi effektə malikdir. Amma vasitənin kütləvi istehsalı başlayanda o qədər ayı olmadığı üçün, donuz, inək, öküz qanına keçdilər.
 
Amma preparatın əsas komponenti qara albumindir. Bu zülal qanın xüsusi şərtlərlə çoxqatlı təmizlənməsindən alınır. O, dəmirlə zəngindir.  Preparatın hazırlandığı toza tünd rəng verən isə eritrositlərdir. Eləcə də orda A, C, B vitaminləri var. 
 
Əvvəllər qanı sadəcə qurudub qatırdılar, indi sə qan toksin, hormon və zərərli maddələrdən təmizlənir.  Bir şokolad batonunun cəmi 2,5%-i albumindir. Qalan tərkib süd, bal, şirin siropdur. 
 
Faydası
 
Hematogen aclıq və müharivə illərinin insanlarının qan azlığı, anemiya ilə mübarizəsi üçün düşünülüb. Hematogenin tərkibində olan zülal, yağlar, mineral maddələr də insan qanı tərkibi ilə eyinidir. Preparat dəmirin mənimsənilməsini artırır, qanda hemoqlobini, ferritini yüksəldir. 
 
Hematogen hemopoezin stimulyasiyası, qan hüceyrələrinin artırılması prosesi üçün, dəmir defisitli anemiyada, bir sıra infeksiyalardan sonra təyin edilir. 
Allergiyası olan insanlar ehtiyatla qəbul etməlidir. 
 
Yüksək kalorili preparat olduğu üçün yüksək təzyiq, diabet xəstələri və piylənmədən əziyyət çəkənlər də ehtiyatlı olmalıdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR