Slimfit
  1. AZƏRBAYCAN

Sovet dövrünün əfsanəsi Azərbaycanda: Sahibi bir milyon manata satır

Sovet dövrünün əfsanəsi Azərbaycanda: Sahibi bir milyon manata satır
Sakura

Sovet dövrünün əfsanəsi Azərbaycanda: Sahibi bir milyon manata satır

Bir vaxtlar yüksək vəzifəli şəxslərin xidməti maşını olaraq buraxılan avtomobili Ağstafa sakini göz bəbəyi kimi qoruyur

Sovetlər dövrünün ən qeyri-adi xarici görünüşə, güclü mühərrik və yüksək sürətə malik avtomobillərindən biri də əfsanəvi "Qaz-13" avtomobilidir. "Çayka" adı ilə də tanınan bu avtomobillər ötən əsrdə ən yüksək post sahiblərinin, nazir və dövlət başçılarının xidməti maşınları kimi istifadə olunub.

Uzun illər istehsal olunmasına baxmayaraq, məhdud sayda buraxılan (1959-1981-ci illər ərzində yalnız 3179 ədəd "Qaz-13" avtomobili istehsal olunub) bu avtomobillərdən biri də Ağstafa rayonu Köçəsgər kəndində saxlanılır.

Kənd sakini Tural Abbasəliyev 30 il əvvəl atasına hədiyyə edilmiş avtomobili yenicə zavoddan çıxmış kimi qorumağa çalışır. 5.5 litr həcmdə benzinlə işləyən mühərrikə, avtomatik sürət qutusuna malik olan 42 yaşlı avtomobil öz əzəmətli görkəmi ilə bu gün də yeni nəslin diqqətini cəlb edə bilir.

Avtomobil haqda Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Tural Abbasəliyev hələ kiçik yaşlarından bu retro maşına qulluq etməkdən zövq aldığını söyləyir. O, hazırda avtomobili antikvar kimi saxlayır, sifariş əsasında toy, ad günü, film və klip çəkilişlərində istifadə edir.

Bu model avtomobili saxlamağın da öz çətinliklərinin olduğunu deyən Tural, maşının hər hansı bir detalının yalnız internet üzərindən tapıldığını, olduqca baha qiymətə xaricdən sifarişlə gətirildiyini bildirir. Eyni zamanda, avtomobil 100 km məsafə üçün 25-30 litr yanacaq sərf edir. Bu da avtomobili saxlamağın o qədər də asan olmadığından xəbər verir.

Bütün bunlara baxmayaraq, dəfələrlə yüksək məbləğdə pul təklif edilsə də, T.Abbasəliyevin atası avtomobili satmayıb: "Əvvəllər almaq istəyən çox idi. Hətta 200 min ABŞ dolları vermək istəyən olmuşdu. İki ədəd "Mersedes-600" avtomobili ilə dəyişmək təklif edilmişdi. Atam heç birinə razı olmadı. Ona görə istəyənlərə avtomobilinin dəyərinin 1 milyon manat olduğunu söylədi".

"Fikrimcə, bu, fantastik qiymətdir, amma, demək olar ki, ondan sonra avtomobil almaq istəyənlər daha yorulmadılar" - müsahibimiz vurğulayır.

T.Abbasəliyev bu gün də maşına marağın böyük olduğunu, getdiyi hər yerdə avtomobil haqda məlumat vermək məcburiyyətində qaldığını qeyd edir: "Hətta, hərəkətdə olduğu zaman dayandırıb şəkil çəkdirmək üçün xahiş edənlər də olur. Bu səbəbdən dəfələrlə getdiyim yerə gecikmək məcburiyyətində qalmışam".

 



 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR