Slimfit
  1. DÜNYA

Şotlandiyada ikinci müstəqillik referendumu keçirilə bilər

Şotlandiyada ikinci müstəqillik referendumu keçirilə bilər
Sakura

Şotlandiyada ikinci müstəqillik referendumu keçirilə bilər

İngiltərənin Avropa İttifaqından ayrılması vəziyyətində Şotlandiyanın ikinci və sonuncu müstəqillik referendumunun keçirilməsi təklif edilib. 
 
Qaynarinfo xəbər verir ki, təklif Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen tərəfindən irəli sürülüb.
 
Xanım Stercen referendumun 2021-ci ilədək keçirilməsini təklif edib. O, qısa müddətdə ikinci referendum üçün lazım olan qanuni tənzimləmələri hazırlayacağını söyləyib. Referendum əvvəlcə Böyük Britaniya hökuməti tərəfindən təsdiqlənməlidir. Lakin Britaniya hökuməti ikinci referendumu təsdiq etməyəcəyini açıqlayıb.
 
Qeyd edək ki, 2014-cü ildə keçirilmiş referendumda şotlandiyalıların 55 faizi Şotlandiyanın müstəqilliyinin əleyhinə səs vermişdi.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR