Slimfit
  1. TEXNOLOGİYA

Sosial şəbəkələri qoruyan - TOP 10 tətbiq

Sosial şəbəkələri qoruyan - TOP 10 tətbiq
Sakura

Sosial şəbəkələri qoruyan - TOP 10 tətbiq

Məqalənin başlığındakı fotonu əsas götürərək, sosial şəbəkələri qoruyan TOP 10 tətbiq haqqında məqalə hazırladıq.

1. Social Media Vault

Ağıllı telefonunuzda üçdən çox sosial media hesabına giriş edirsinizsə, o zaman Sosial Media Vault-dan istifadə etməyi ciddi şəkildə düşünməlisiniz. Təhlükəsizliyiniz sizin üçün önəmlidirsə, profillərinizə daima daxil olmamalı olduğunuzu yəqin ki bilirsiniz, çünki bu, onları hər cür təhlükəsizlik pozuntularına qarşı həssas edir.

Sosial Media Vault, bir parol istifadə edərək bütün hesablarınıza daxil olma imkanı verir. Bu da hər hesab üçün parol yazaraq giriş etməkdən daha təhlükəsizdir.

2. Hootsuite Account Manager

Hootsuite, sadəcə sosial şəbəkələrinizin hesablarını qorumağınıza kömək edən bir tətbiq deyil. Bu bütöv sosial media idarəetmə sistemidir. Bununla yanaşı, bu tətbiqetmənin ən güclü xüsusiyyətlərindən biri hesablarınıza, eləcə də işlədiyiniz səhifələrə kimlərin həqiqətən daxil ola biləcəyinə xüsusi diqqət yetirməsidir və şirkətinizin rəsmi hesablarını idarə edirsinizsə bu çox faydalıdır.

3. LastPass Password Manager

Bu daim istifadə olunan bir neçə profilə sahib olan şəxslər üçün əla bir tətbiqdir. Bu Android tətbiqi yalnız parollarınızı qorumur, həm də yeni, hətta daha güclü şifrələr yaratmağınıza kömək edir. Beləliklə, hakerlər sizə toxuna bilməzlər.

Bu əsas xüsusiyyətlərdən başqa, LastPass bir yerdə saxlamağınız lazım olan hər şeyin - məxfi məlumatların rəqəmsal qeydlərini aparmaq imkanı verir və hər şey şifrələnəcək və hər zaman qorunacaqdır. Sosial medianız üçün parollar mümkün qədər güllə keçirməz olmalıdır və LastPass bunu reallaşdıra bilər.

4. Avast Free Antivirus for Android

Bəlkə də Avastın premium versiyasına ehtiyacınız yoxdur və pulsuz tətbiqetmənin təmin etdiyi qorumadan tamamilə razı qalacaqsınız, amma nə seçsəniz, tez seçin. Səhv linkə bir dəfə tıklamaq kifayətdir ki, aləm qarışsın. Casus proqram sosial şəbəkələrdə olmağınız da daxil olmaqla onlayn şəxsiyyətinizi ciddi şəkildə təhlükəyə ata bilər. Sisteminizdə mümkün qədər çox zəif nöqtəni əhatə etmək üçün təhlükəsizlik proqramlarından mütləq istifadə etməlisiniz.

5. Etibarlı VPN provayder tapın

VPN-lər internet bağlantınızı şifrələyir ki, heç bir nəzarət növü sosial media profillərinizdə etdiklərinizi görə bilməsin. Sosial media hesabları şəxsiyyət oğurluğu üçün rahat yoldur və hər şeyin şifrələnərək başqa bir IP adresindən gəldiyi kimi görünməsinə nail olmaq profillərinizi sındırmağı çətinləşdirəcəkdir. VPN-lər nəinki sosial medianızı qoruyacaq, həm də IP adresinizi gizlədəcək.

6. LogDog

Bu tətbiqetmənin sadəcə adıyla nə etdiyini asanlıqla anlaya bilərsiniz - sadiq bir gözətçi kimi sosial media hesablarınızı izləyir. Həqiqətən də, kiminsə Facebook və ya Instagram hesabımızı sındırmağa cəhd edib-etmədiyini bilmək üçün heç bir yolumuz yoxdur. Lakin LogDog əslində kiminsə öz barmaqlarını sizin sosial medianıza uzadıb-uzatmadığını dəqiq bilmək imkanı verir.

7. AppLock

AppLock telefonunuza yüklədiyiniz bütün sosial şəbəkə tətbiqlərini sürətli və səmərəli şəkildə kilidləyəcək və siz bir parol təyin etməlisiniz ki, kilidi aça biləsiniz. Bu tətbiq davamlı olaraq daxil olmaq və bütün fərqli parolları yadda saxlamaq üçün tələb olunan prosesi keçmədən sosial media hesablarınızın təhlükəsizliyini təmin etməyə imkan verir.

8. CryptoChat

CryptoChat cihazınızdakı bütün mesajların məxfiliyini və təhlükəsizliyini təmin etmək üçün hazırlanmışdır. Birinin Facebook mesajlarınızı və ya hətta e-poçtlarınızı görməsini istəmirsinizsə, CryptoChat sizin üçün əla bir iş görəcəkdir.

9. Minds Secure Social Network

Minds əsas sosial media istifadəçilərinin təhlükəsizliyini təmin edən sosial şəbəkə olduğu üçün təhlükəsizliyinizi tamamilə yeni bir səviyyəyə qaldıran bir tətbiqdir. İnternetdə etibarlı ünsiyyət qurmağı qərara almısınız və eyni zamanda sosial medianın təklif etdiyi hər şeydən maksimum dərəcədə faydalanmaq istəyirsinizsə, Minds sizin üçün maraqlı bir fikir ola bilər.

10. Kibo

Kibo onlayn mesajlarınızı mümkün qədər şəxsiləşdirməyə kömək edən tətbiqdir. Bu tətbiqin Android versiyası, həm mesajlarınızı şifrələməyə, həm də onlarla əlaqəli bütün məlumatları tamamilə əlçatmaz tutmağa imkan verir. Kibo əslində bir klaviatura tətbiqidir, yəni WhatsApp və Facebook Messenger kimi ən populyar sosial şəbəkələrə uyğun yaradılmış klaviatura təklif edir.

Rəqəmsal dünyada təhlükədən uzaq qalmanız diləyi ilə...

 

Mənbə: Facemark.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR