Sosial şəbəkədə yaşanmış problemin səbəbi - Ekspert
Dünən bir neçə ölkədə məhşur sosial şəbəkə platformaları - “Facebook”, “WhatsApp” və “Instagram”da problem yaranıb. Belə ki, istifadəçilər multimedia fayllarını yükləyə bilmirdilər.
Bununla bağlı TED.az-a açıqlama verən sosial şəbəkələr üzrə mütəxəssis Orxan Rzayev bildirdi ki, sözügedən platformalarda yaranmış problemə səbəb “Facebook”un server sistemi olub: “Dünənki problem “Facebook”un serverlərində yaşanan problemlə əlaqədar idi. Bildiyimiz kimi, “Instagram” və “Whatsapp” da Facebook şirkətinə məxsusdur. Onların hər birinin serveri bir bazadan idarə olunur. Ona görə də, dünən bir sıra ölkələrdə yaranan problem hər 3 platformaya təsir etdi”.
Qeyd edək ki, iyulun 3-ü saat 18:00 radələrindən başlayaraq təxminən 10 saata yaxın, “Facebook”, “WhatsApp” və “Instagram” sosial şəbəkələrində bir sıra funksiyanı, əsasən də multimedia fayıllarının yüklənməsini yerinə yetirmək mümkün olmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət