Sosial mediada təhqirə görə məsuliyyət necə müəyyənləşəcək – ekspert şərhi
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, insanlarımız məsuliyyət hislərini hələ yetərincə dərk etmirlər
Milli Məclisdə Cinayət Məcəlləsinin 147-ci (Böhtan), 148-ci (Təhqir) və 148-1-ci (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) maddələrinin sanksiyalarına yeni cəza növünün əlavə edilməsi təklif edilir. Hər iki maddənin sanksiyaları sırasına “Azadlığın məhdudlaşdırılması” cəzasının da əlavə edilməsi təklif edilir.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, bizim insanlarımız məsuliyyət hislərini hələ yetərincə dərk etmirlər: “Belə insanlar məsuliyyət məsələsi önə çıxanda yaxalarını kənara çəkirlər. Ona görə də dövlət məcbur olub cəzaları sərtləşdirir. Uzun illərdir insanlara çağırışlar edirik ki, azadlıqlarınızdan istifadə edərkən məsuliyyət hissini unutmayın. Təəssüf ki, bəzi insanları bu cür tərbiyə etmək mümkünsüzdür. Belə insanları mütləq cəzalandırmaq lazımdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət