"Sony Music" Maykl Ceksonun albomunun saxtalığı ilə bağlı məsələni şərh edib
"Sony Music" şirkəti pop kralı Maykl Ceksonun ölümündən bir il sonra buraxılan albomdakı bəzi bəstələrin başqa ifaçı tərəfindən səsləndirildiyini etiraf etməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Variety" jurnalı yazıb.
"Heç kim etiraf etməyib ki, Maykl Cekson bu mahnıları ifa etməyib", - deyə şirkətin maraqlarını müdafiə edən hüquqşünas Zia Modabber bildirib.
O əlavə edib ki, çərşənbə axşamı baş tutan dinləmələrdə mahnılarda kimin səsinin qeydə alınması ilə bağlı heç bir qərar çıxarılmayıb.
"Business Insider" internet nəşrinin məlumatına görə, dinləmələr Ceksonun pərəstişkarının 2014-cü ildə qaldırdığı iddia ilə bağlı olub. O iddia edib ki, müğənninin ölümündən sonra buraxılan albomda bir neçə mahnı onun təqlidçisi Ceyson Malaçi tərəfindən ifa olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət