Dərc edildi: Baxış sayı: 1336
“Son zəng” keçiriləcəkmi? – Nazir açıqladı
Hər bir şagirdin həyatında "Son zəng" xüsusi yer tutur. Lakin nəzərə alaq ki, onlar yetkin insan olduqları üçün mövcud vəziyyəti başa düşəcəklər.
Axar.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.
"Son zəngi" daha sonra da keçirmək olar. Bəzi şagirdlərimiz fərqlilik nümayiş etdirərək, "Son zəng"i onlayn rejimdə də keçirə bilərlər. Nəzərə alaq ki, bu xüsusi haldır və məsuliyyətli yanaşaraq kütləvi tədbirlərdən çəkinməliyik", - nazir qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət