Slimfit
  1. TEXNOLOGİYA

Son illər ərzində ən çox satılan Apple məhsulu heç də iPhone olmayıb

Son illər ərzində ən çox satılan Apple məhsulu heç də iPhone olmayıb
Sakura

Son illər ərzində ən çox satılan Apple məhsulu heç də iPhone olmayıb

2016-cı ilin əvvəlində ən çox satılan Apple məhsulu 1 metrlik Lightning-to-USB 2.0 kabeli oldu.

Ens.az Ixbt.com resursuna istinadən xəbər verir ki, bulud platforması Ceros mütəxəssisləri tərəfindən aparılan yeni araşdırmalar Apple şirkətinin son illər ərzində ən populyar olan məhsullarını aydınlaşdırıblar.

Məlumatları ABŞ və Kanada bazarında ən böyük istehlakçı məişət elektronikası mağazalar şəbəkəsi olan Best Buy təqdim edib.

Beləliklə, 2016-cı ilin əvvəlində ən çox satılan Apple məhsulu 1 metrlik Lightning-to-USB 2.0 kabeli oldu ki, şirkətin cihaz sahibləri tez-tez onu sındırırdılar və ya itirirdilər. Populyarlıqda ikinci yeri Earpods simli qulaqcıqları tutub. Üçüncü yerdə Apple TV media pleyeri yerləşib. 1 il ərzində ilk iki yer dəyişməyib, üçüncü yer uğrunda isə Apple TV və 8QB RAM-ı olan Macbook Air noutbuku mübarizə aparıb.

2017-Ci ilin ikini rübündə Lightning-to-USB 2.0 iPhone 7 çıxandan sonra populyarlıq qazanmış aksesuara öz liderlik yerini verdi. Söhbət Apple şirkətinin imtina etdiyi 3,5mm birləşdirici ilə olan adapterdən gedir. Lightning-to-USB 2.0 kabeli bir neçə rübdən sonra üçüncü yerə düşdü, 2017-ci ilin dördüncü rübündən sonra isə ikinci yeri AirPods qulaqcıqları tutmağa başladı.

Tendensiya davam edirdi. Bu gün 3,5mm və Lightning birləşdiricili adapter tədricən populyarlığını itirir, lider isə AirPods qulaqcıqları olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR