Dərc edildi: Baxış sayı: 1329
Ədəbi sorğuları ilə nüfuz qazanmış "Kirkus” heyəti bu dəfə fərqli bir siyahı ilə oxucuların diqqətini…
Belə ki, fondun araşdırma heyəti cari ilin əvvəlindən son 50 ildə dünyanın ən çox tirajlanan və ən yüksək nüsxədə satılan kitablarının siyahısını tərtib edib. Siyahıda təbii ki, "Quran”, "İncil”, "Kapital” kimi öncül kitablar da yer alıb. Amma işin maraqlı tərəfi ondadır ki, Çin Kommunist Partiyasının sədri Mao Tszedunun "Söhbətlər”i hətta Hitlerin "Mənim mübarizəm” kimi bestseller siyahılarını alt-üst etmiş bir əsərdən, həmçinin təkrar nəşri durmayan, milyonlarla insanı birləşdirən, sonsuz auditoriyaya hesablanmış bir çox kitabdan daha çox satılıb.
Biz də "Son 50 ildə dünyanın ən çox oxunan kitabları” siyahısının ilk onluğunu oxuculara təqdim edirik. Tam siyahı ilə "kirkusreview.org”da tanış ola bilərsiniz.
1. "İncil” – 3 milyard 900 milyon nüsxə
2. Mao Tse-Tunq - "Söhbətlər” – 820 milyon
3. JK Roulinq - "Harri Potter” – 400 milyon
4. JRR Tolkien - "Üzüklərin şahzadəsi” – 103 milyon
5. Paulo Koelyo – "Kimyagər” – 65 milyon
6. Den Braun – "Da Vinçi şifrəsi” – 57 milyon
7. Stefeni Meyer – "Alatoran” – 43 milyon
8. Marqaret Miçel – "Küləklə sovrulanlar” – 33 milyon
9. Napaleon Hil – "Düşün və qazan” – 30 milyon
10. "Anna Frankın xatirələri” – 27 milyon
Mənbə: Artkaspi.az
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət