Slimfit
  1. DÜNYA

Son 4 ildə 100 mindən çox erməni Rusiya vətəndaşlığına keçib

Son 4 ildə 100 mindən çox erməni Rusiya vətəndaşlığına keçib
Sakura

Son 4 ildə 100 mindən çox erməni Rusiya vətəndaşlığına keçib

Ermənistan əhalisinin azalması son bir neçə ildir ki, artan tendensiya ilə davam edir.

Musavat.com xəbər verir ki, bir çox erməni Rusiya qanunvericiliyində vətəndaşlıq almaqla bağlı qaydaların asanlaşdırılmasından istifadə edərək şimala qaçır.

Ermənistan mediasının xəbərinə görə, təkcə ötən il 24 min erməni Rusiya vətəndaşlğını qəbul edib. Keçmiş SSRİ ölkələrində bu rekord 300 minlik rəqəmlə ən çox Ukraynaya məxsusdur. Lakin burda Rusiyanın işğal olunmuş Donbasda sakinlərə pasportlar paylamasının da rolu var.
Ukraynanı 50,5 minlə Qazaxıstan və Tacikistan (44,7 min) təqib edir. Ermənistan 4-cü sırada gəlir.

Son 4 ildə (2016-2019) Rusiya vətəndaşlığına keçən Ermənistan vətəndaşlarının ümumi cəmi təxminən 98,2 min nəfər edir. Bu, Ermənistanın ümumi əhalisinin 3,3%-nə bərabərdir.

Rəsmi rəqəmlərə görə, 2016-2019-cu illərdə Ermənistanda yaşayan daimi əhalinin sayı 39,4 min nəfər (və ya 1,3%) azalıb. Eyni dövrdə isə əhalinin ümumi artımı 43,7 min nəfər təşkil edir.

Göründüyü kimi, ölkəni tərk edənlərin sayı əhalinin artımından iki dəfə çoxdur. Üstəlik Ermənistanda təbii artım da enişə doğru keçib. Belə ki, əgər 2016-cı ildə 12,4 min nəfər doğulmuşdusa, 2019-cu ildə bu rəqəm daha da azalaraq 9,9 min nəfərə enib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR