Son 24 saatda İranda koronavirusdan ölənlərin sayı 150 nəfərə çatıb
Son 24 saat İranda koronavirusdan ölənlərin sayı 150 nəfərə çatıb.
Bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında bildirilib. Nəzərə çatdırılıb ki, ölkə üzrə virusa yoluxanların sayı 18 min 407 nəfərə, ölənlərin sayı isə 1284 nəfərə çatıb. Bununla yanaşı, 5 min 979 nəfər xüsusi xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Səhiyyə Nazirliyi bir daha əhaliyə ciddi xəbərdarlıq edib. Qeyd olunub ki, əhali arasında nazirliyin tövsiyələrinə əməl olunmur. Əhalinin bəzi hissəsi gəzintiyə çıxır, qoruyucu maskalardan istifadə etmir. Bildirilib ki, əgər nazirliyin tövsiyələrinə əməl edilməsə, virusa yoluxaraq ölənlərin sayı 3 milyonu keçə bilər.
Koronavirusla yanaşı, İran çəyirtkə hücumuna da məruz qalıb və bu problemlə də mübarizə aparmaq məcburiyyətindədir. Ölkənin mərkəzi əyalətlərində əkin sahələrinə zərər vuran çəyirtkə sürülərinə qarşı tədbirlər həyata keçirilir. Sahələrə dərman səpilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) İran ilə əməkdaşlıq haqqında protokol imzalayıb. Sənədə əsasən, FAO Xuzistan, Fars, Buşehr və Hörmüzqan vilayətlərində əkin sahələrinin dərmanlanmasını maliyyələşdirəcək.
Mənbə: xezerxeber.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət