Slimfit
  1. CƏMİYYƏT

Son 20 ildə Azərbaycanda 71 yeni elektrik stansiyası istismara verilib

Son 20 ildə Azərbaycanda 71 yeni elektrik stansiyası istismara verilib
Sakura

Son 20 ildə Azərbaycanda 71 yeni elektrik stansiyası istismara verilib

“Son 20 ildə Azərbaycanda ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilib”.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov oktyabrın 14-də Bakıda “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 20 ili” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, infrastruktur layihələrinin icrası olaraq ölkənin ümumi elektrik enerjisi sisteminə daxil olan yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib, mövcud yarımstansiyalar yenidən qurulub və yeniləri inşa edilib: “Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur”.

Ə.Əsədov qeyd edib ki, məhz elektroenergetika sahəsinə göstərilən diqqət və ayrılan dövlət sərmayəsi Azərbaycana öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, elektrik enerjisi ixrac edən ölkəyə çevrilmək imkanı verib.

 

“2003-cü ildə ölkə üzrə qazlaşdırma səviyyəsi cəmi 40 faiz təşkil edirdisə, hazırda bu göstərici 96,3 faiz olub. Həmçinin dövlət başçısının şəxsi müdaxiləsi nəticəsində 14 illik fasilədən sonra blokadada olan Naxçıvan Muxtar Respublikasına 2005-ci ildə təbii qazın nəqli təmin edilib”, - Baş nazir vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR