Dərc edildi: Baxış sayı: 621
Son 141 ilin ən isti yanvar ayı bu il olub
Son 141 ilin ən isti yanvar ayının 2020-ci ilə aid olduğu müəyyən olunub.
"Marja" xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasından (NOAA) verilən açıqlamada, 141 ildir aparılan iqlim qeydlərinə görə, quru və dəniz səthində 12 dərəcə olan orta istilik, bu ilin yanvar ayında 1,14 dərəcə daha yüksək olub.
Açıqlamada dünyanın getdikcə daha da istiləndiyinə və buzlaqların əridiyinə diqqət çəkilib.
Ortalama tempraturun artmasına görə Arktik dənizindəki buzlaqlar 5,3%, Antarktika dənizində isə 9,8% azalıb.
Alimlər, statistik analizlərə əsasən, 2020-ci ilin ən isti illərdən biri olacağını bildirirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət