Slimfit
  1. AZƏRBAYCAN

Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib

Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib
Sakura

Sofiyada Bolqarıstan-Azərbaycan biznes forumu keçirilib

 Sofiyada keçirilən Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində Bolqarıstan-Azərbaycan biznes forumu təşkil edilib. 

Kənd Təsərrüfatı Nazirliyindən “Report”a verilən məlumata görə, biznes forumu açan Bolqarıstanın energetika naziri Temenujka Petkova Azərbaycan heyətini ölkəsində görməkdən məmnun olduğunu bildirib, respublikamızın uğurlu inkişaf yolunda olduğunu vurğulayıb. Azərbaycanın Bolqarıstanın strateji tərəfdaşı olduğunu qeyd edən nazir kənd təsərrüfatı, sənaye, əczaçılıq, kimya və digər sahələrdə birgə müəssisələrin yaradılması üçün əməkdaşlıq imkanlarının olduğunu deyib, biznes forumun əlaqələrin genişləndirilməsi üçün əlverişli platforma olacağını qeyd edib. Bolqarıstan şirkətlərinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdıran Temenujka Petkova forumun işinə uğurlar arzulayıb.

Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmizin son illərdə sürətli inkişafa nail olduğunu deyib. Nazir bildirib ki, ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsalı, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi dövlətimizin başçısının müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Xüsusilə kənd təsərrüfatı sektorunun Azərbaycanda inkişafı barədə danışan nazir bu sahənin vergidən azad olduğunu, xarici investorlar üçün maraq cəlb etdiyini nəzərə çatdırıb. Forumun işinə uğurlar arzulayan İ.Kərimov, bu kimi tədbirlərin ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması, ikitərəfli əməkdaşlığın daha da güclənməsi istiqamətində mühüm platforma olduğunu vurğulayıb.

Ölkələrimiz arasında iqtisadi, ticari, elmi-texniki əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayan Bolqarıstanın Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin direktoru Aleksandr Minev Bolqarıstan hökumətinin ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün yaratdığı əlverişli mühit barədə məlumat verib. O, forumun iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması ilə nəticələnəcəyinə ümid etdiyini bildirib.

Tədbirdə iştirak edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Cənubi Qafqazda ümumi daxili məhsul istehsalının 60%-dən çoxunun Azərbaycanın payına düşdüyünü bildirib. O nəzərə çatdırıb ki, Azərbaycanda aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında ölkənin mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək, ən çox islahat aparan ölkə elan olunub. Nazir müavini qeyd edib ki, yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR