Dərc edildi: Baxış sayı: 427
SOCAR Ukraynada qaz tədarükünü milyard kubmetrə çatdırıb
Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti “SOCAR Ukraine” Ticarət Evi qaz tədarükünün həcmini 1 milyard kubmetrə çatdırıb.
“SOCAR Ukraine Energy” şirkətindən “Report”a verilən məlumata görə, bununla da SOCAR Ukraynanın müstəqillik tarixində yerli qaz bazarında milyard kubmetr “mavi yanacaq” tədarük edən üçüncü kommersiya iştirakçısı olub.
Bu, beynəlxalq biznes davranış standartları və qiymətlərə balanslaşdırılmış yanaşma sayəsində mümkün olub ki, bu da istehlakçı üçün obyektiv bazar qiyməti yaratmağa imkan verir.
Qeyd edək ki, “SOCAR Ukraine” Ticarət Evi Ukraynada qaz təchizatına 2017-ci ilin fevral ayından başlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət