Slimfit
  1. AZƏRBAYCAN

SOCAR Türkiyədə II neft-kimya kompleksinin mühəndislik işlərini yekunlaşdırıb

SOCAR Türkiyədə II neft-kimya kompleksinin mühəndislik işlərini yekunlaşdırıb
Sakura

SOCAR Türkiyədə II neft-kimya kompleksinin mühəndislik işlərini yekunlaşdırıb

 Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin mühəndislik işləri tamamlanıb.

“Report” xəbər verir ki, bunuSOCAR-ın Türkiyədəki törəməsi -“SOCAR Turkey Enerji A.Ş.”nin baş direktoru Zaur Qəhrəmanov “Anadolu” agentliyinə bildirib.

O, bir neçə ay ərzində tenderdə yekun təkliflərin qəbul olunacağını deyib.

Z.Qəhrəmanov qeyd edib ki, 2019-cu ilin I rübündə yekun investisiya qərarı qəbul ediləcək. Baş direktor ikinci neft-kimya kompleksinin investisiya dəyərinin 1,6-2 mlrd. dollar olacağını deyib: “Bu kompleks Türkiyənin hazırki 1 mln. ton miqdarındakı saf tereftal turşusu (PTA) idxalını sıfıra endirəcək. Bununla yanaşı, paraksilol məhsullarının idxalının 800 min ton azalmasına imkan yaradacaq”.

Z.Qəhrəmanov kompleksin 2022-ci ilin sonu və ya 2023-cü ilin əvvəlində istismara veriləcəyini əlavə edib.

Qeyd edək ki, yeni neft-kimya kompleksində Aromatiklər və Saf Tereftal turşusu müəssisələrinin yaradılması nəzərdə tutulur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR