Slimfit
  1. İQTİSADİYYAT

SOCAR spirt istehsalını bərpa edib

SOCAR spirt istehsalını bərpa edib
Sakura

Tələbata uyğun olaraq gündə 60 tona qədər spirt istehsal olunur

Qlobal pandemiya ilə əlaqədar bazarlarda spirtə tələbat kəskin artıb.

Məhz bu tendensiya nəzərə alınaraq, ölkə başçısının tövsiyəsinə əsasən SOCAR-ın “Azərikimya” İB-nin “Etilen-Polietilen” zavodunda dezinfeksiya vasitələrinin əsas xammallarından olan izopropil spirtinin istehsalı bərpa olunub.

Sözügedən istehsalatın işə salınması EP – 300 qurğusunda davam edən rekonstruksiya işlərinin tam bitməsindən sonraya planlaşdırılırdı. Lakin izopropil spirtinə yerli və xarici bazarlarda tələbatın kəskin artması MİPS (Mütləqləşmiş İzo Propil Spirti) istehsalatının fəaliyyətinin bərpa olunmasına şərait yaradıb.

Qurğuda həyata keçirilmiş fasiləsiz təmir-bərpa işlərindən sonra aprelin 5-də texniki, 11-də isə mütləqləşdirilmiş izopropil spirti istehsalı sahələri istismara verilib və dərhal son məhsulun istehsalına başlanılıb.

Müəssisədə spirt istehsalı 2 mərhələdən ibarətdir. Birinci mərhələdə texniki zopropil spirti istehsal olunur. İkinci mərhələdə isə Texniki Spirt saflaşdırılaraq MİPS məhsuluna çevrilir.

“Etilen-Polietilen” zavodunda MİPS məhsulunun sutkalıq istehsal həcmi təqribən 60 tona qədərdir.

Xatırladaq ki, izopropil spirti tibbdən başqa digər sahələrdə (avtomobil sənayesi, kimya sənayesi, farmokologiya, energetika və s.) tətbiq olunur.

Dezinfeksiya sahəsində mütləq izopropil spirti tam olaraq etil spirtini əvəz edir və bu sahədə “universal təmizləyicilər” də istifadə edilir, həmçinin 70%-li tibbi kağız dəsmallara (salfetlər) hopdurularaq mikroblardan qorunma vasitəsi kimi istifadə olunur.

Mənbə: realtv.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR