Slimfit
  1. İQTİSADİYYAT

SOCAR: “Ötən il 89 neftçi ailəsi yeni mənzillərlə təmin olunub”

SOCAR: “Ötən il 89 neftçi ailəsi yeni mənzillərlə təmin olunub”
Sakura

SOCAR: “Ötən il 89 neftçi ailəsi yeni mənzillərlə təmin olunub”

2017-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə mənzil növbəsində olan 89 neftçi ailəsi “Neftçi” mənzil-tikinti kooperativi vasitəsilə yeni mənzillərlə, 4 nəfər isə Suraxanı rayonunda torpaq sahəsi ilə təmin olunub.

Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında qeyd edilib.

Hesabat SOCAR-ın 2017-ci təqvim ili üzrə əldə etdiyi əsas istehsalat və maliyyə göstəricilərini, Şirkət və onun struktur bölmələri ilə yanaşı, xaricdə fəaliyyət göstərən nümayəndəlik və törəmə şirkətlərinin Azərbaycanda və ölkə xaricində Davamlı inkişafı üzrə fəaliyyət nəticələrini özündə əks etdirir. Hesabatda bildirilir ki, Şirkət 2017-ci ildə büdcəyə 1,5 mlrd. manat həcmində ödəmələr edib, bu da 2016-cı illə müqayisədə 8% və ya 114,7 mln. manat çoxdur. Hesabat ilində Şirkət ölkə hüdudlarında və Xəzər dənizinin Azərbaycana aid olan hissəsində 7,4 mln. ton neft hasil edib, həmçinin quru və dəniz sahələrində 81 quyu qazaraq istismara təhvil verib. Dövr ərzində 5,9 mln. ton neft emal edilib.

2017-ci il ərzində qaz infrastrukturunun nəqletmə imkanlarının artırılması məqsədi ilə 1 886,2 km uzunluğunda yeni qaz kəmərləri çəkilib, qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 221,1 km qaz kəməri əsaslı təmir olunub.

Hesabatda deyilir ki, 01.01.2018-ci il tarixində SOCAR üzrə işçilərin sayı 50 min nəfərdən artıq olub. 2017-ci il ərzində SOCAR-ın müəssisə və təşkilatlarında İnsan Resursları Departamentinin nümayəndələrinin iştirakı ilə Tarif-İxtisas (kvalifikasiya) Komissiyalarının, ümumilikdə, 61 iclası keçirilib. Bu iclaslarda 1934 nəfər işçinin Əməyinin Ödənilməsi Dərəcəsinin (ƏÖD) dəyişdirilməsi məsələsinə baxılmış, onlardan 1595 nəfərinin (82%) iddiası təmin olunub.

Bildirilib ki, ötən dövr ərzində respublikanın istirahət zonalarında, ümumilikdə, 2991 nəfərə yaxın neftçinin və onların ailə üzvlərinin istirahəti təşkil olunub. Müalicəyə ehtiyacı olan 2 677 nəfər neftçi istirahət və sanator-kurort müalicə mərkəzlərinə göndərilib, Naftalan şəhərində 3 227 nəfərə yaxın işçinin müalicəsi təmin edilib.

SOCAR prezidenti Rövnəq Abdullayev 2017-ci ildə davamlı inkişaf istiqamətində görülən işlərlə bağlı deyib ki, Şirkətin biznes portfelinin davamlı şaxələndirilməsi və beynəlxalq neft bazarında bazar payının artırılması ən mühüm nailiyyətlərdən biridir: “2018-ci ildə SOCAR-ın strateji əhəmiyyətə malik 6 layihəsi - Türkiyədə TANAP Boru Kəməri və STAR neft emalı zavodu, Gürcüstan və Azərbaycanda “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “SOCAR Polymer” və Karbamid zavodunun inşası layihələri başa çatacaq. Hazırda şirkətimizin dəyər zəncirinin təkmilləşdirilməsi məqsədi ilə yeni layihələr hazırlanır - Azərbaycanda SOCAR GPC, qardaş Türkiyədə yeni tereftal turşusu zavodunun inşası ilə bağlı layihələndirmə işləri aparılır. Yaxın bir il ərzində bu istiqamətlərdə də yekun investisiya qərarlarının verilməsi planlaşdırılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR