Slimfit
  1. İQTİSADİYYAT

SOCAR neft və qaz hasilatını artırıb

SOCAR neft və qaz hasilatını artırıb
Sakura

SOCAR neft və qaz hasilatını artırıb

2018-ci ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə hasilat 7,54 mln. ton neft, 6,53 mlrd. kubmetr qaz təşkil edib.

Report” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Neft hasilatı əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə 1,6%, qaz hasilatı 7,2% nisbətində yüksəlib. Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38,81 mln. ton neft və 30,49 mlrd. kubmetr təbii qaz hasil olunub. Beləliklə, illik neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 6,6% artıb. 
SOCAR-ın I vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə deyib ki, kəşfiyyat-hasilat layihələrinə sərmayə qoyuluşlarını davam etdirməklə Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı əlverişli məqamda bazara daha çox məhsulun çıxarılmasına nail ola bilərik: “Azərbaycanda yeni qaz-kondensat yataqları kəşf olunur. Bu isə gələcəkdə qaz hasilatının xeyli artırılmasına imkan verəcək”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR