Slimfit
  1. İQTİSADİYYAT

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixracda dövlətə məxsus qurumlar arasında lider olaraq qalır

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixracda dövlətə məxsus qurumlar arasında lider olaraq qalır
Sakura

SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qeyri-neft sektoru üzrə ixracda dövlətə məxsus qurumlar…

“İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın sentyabr sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 

“Report” xəbər verir ki, 2018-ci ilin yanvar-avqust aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin siyahısına “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi rəhbərlik edir.

Bu siyahının ilk 10-luğunda "Kapitan Fruits" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Baku Steel Company" MMC, "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Food Export Şəmkir” MMC, “Azfruittrade” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “Sun Food” MMC, İskəndərov Sahib Səməd oğlu təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ASC, "Azərbaycan Hava Yolları" QSC, "Azergold" QSC, "SOCAR Methanol" MMC, “CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR