Slimfit
  1. İQTİSADİYYAT

"SOCAR Energy Ukraine" iki innovasiya həllini tətbiq edib

"SOCAR Energy Ukraine" iki innovasiya həllini tətbiq edib
Sakura

"SOCAR Energy Ukraine" iki innovasiya həllini tətbiq edib

 "SOCAR Energy Ukraine" şirkəti Ukraynada iki innovasiya həllini tətbiq edib.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, onlardan biri "Touch ID" və "Face ID" biometrik datçiklərin köməyi ilə "SOCAR level" tətbiqində hesablama funksiyasıdır.

Bundan başqa, şəbəkə yanacaqdoldurma komplekslərin ticarət zallarında İsveçrə istehsallı "Franke" qəhvə maşınlarını qurub.

"Bundan sonra qəhvə sifariş etmək üçün kassada növbəyə durmaq lazım gəlməyəcək. Mobil tətbiq vasitəsilə ödəniş prosesi bir neçə saniyə çəkir", - "SOCAR Energy Ukraine" şirkətinin mətbuat xidmətinin məlumatında deyilir.

Yanacağın ödənilməsi üçün maşından çıxmadan benzin kolonkasında QR-kodu skan edərək lazımı həcmdə yanacaq seçmək və "SOCAR level" tətbiqində bank kartı vasitəsilə əməliyyat aparmaq kifayətdir.

Xatırladaq ki, avqustda şirkət "SOCAR level" mobil tətbiqini istifadəyə verib, onun köməyi ilə avtomobildən çıxmadan yanacaq doldurmaq mümkündür. Bu tətbiq smartfon vasitəsilə şəbəkədə istənilən məhsul və ya yanacaq üçün ödəniş etməyə imkan verir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR