Slimfit
  1. İQTİSADİYYAT

SOCAR: “Dünya bazarında neft qiymətləri ortamüddətli planlaşdırma üçün qənaətbəxşdir”

SOCAR: “Dünya bazarında neft qiymətləri ortamüddətli planlaşdırma üçün qənaətbəxşdir”
Sakura

SOCAR: “Dünya bazarında neft qiymətləri ortamüddətli planlaşdırma üçün qənaətbəxşdir”

Azərbaycanın dövlət neft-qaz şirkəti olan SOCAR neftin cari qiymətlərini ortamüddətli planlaşdırma üçün qənaətbəxş hesab edir.

"Ens.az" “Report”a istinadla  xəbər verir k, bunu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov “S&P Global”a müsahibəsində deyib.

“Biz kifayət qədər aşağı qiymətlər də daxil olmaqla, müxtəlif qiymət şərtlərində uğurla işləmişik. Hazırda ortamüddətli planlaşdırma baxımından hazırkı qiymətlər tamamilə qənaətbəxşdir”, - o bildirib.

Azərbaycanın “OPEC+” çərçivəsində fəaliyyətinə toxunan SOCAR-ın nümayəndəsi qeyd edib ki, ölkə bu təşkilatın apardığı siyasəti dəstəkləyir.

Onun sözlərinə görə, neftin son zamanlar ucuzlaşmasına baxmayaraq, bu enerji resursunun qiymətinin yenidən artacağı ilə bağlı gözləntiləri var.

“Qiymətlərin daha da aşağı düşəcəyinə inanmıram. Hesab edirəm ki, bununla bağlı tendensiya yuxarıya doğru istiqamətlənəcək. Əgər belə olarsa, o zaman neft hasilatında ciddi azalmanın olacağını gözləmirəm”, - V.Bəylərbəyov vurğulayıb.

O əlavə edib ki, Asiya və Qərb ölkələrində, ilk növbədə ABŞ-da tələbat azalarsa, vəziyyət dəyişə bilər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR