Slimfit
  1. İQTİSADİYYAT

SOCAR bu ilin III rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb

SOCAR bu ilin III rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb
Sakura

SOCAR bu ilin III rübü üzrə qazma, hasilat və ixrac göstəricilərini açıqlayıb

 Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin III rübündə qazma işlərinin həcmini artırmaqla, neft hasilatını sabitləşdirməyə, təbii qaz hasilatını isə önəmli dərəcədə artırmağa nail olub.

Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, rüb ərzində SOCAR üzrə hasilat 1,9 mln. ton neft və 1,67 mlrd. kubmetr təbii qaz təşkil edərək, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,5% və 11% nisbətində çox olub. Ümumiyyətlə, 2018-ci ilin doqquz ayında respublika üzrə 29 mln. ton neft və 22 mlrd. kubmetr qaz hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə neft hasilatında təqribən 0,8%, qaz hasilatında isə 4,5% artıma nail olunduğunu göstərir. 

Rüb ərzində SOCAR tərəfindən 42 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da əvvəlki ilin müvafiq dövrün göstəricisi ilə müqayisədə 43% çoxdur. SOCAR üzrə hasilatın sabitləşməsi üçün qazma həcminin artırılması ilə yanaşı köhnə quyular da bərpa olunur, daha əvvəl istismardan çıxarılmış quyularda əsaslı təmir, geoloji-texniki tədbirlər aparılmaqla həmin quyularda hasilat bərpa olunur.

Bu ilin ilk 9 ayı ərzində Azərbaycana 1,59 mlrd. kubmetr qaz idxal olunub və 6,48 mlrd. kubmetr qaz ölkədən ixrac edilib. Ölkəyə idxal olunan və ölkədən ixrac edilən qaz həcmləri üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə, müvafiq olaraq, 22,6% və 5,8% artım qeydə alınıb. Cari ilin ilk 9 ayı ərzində SOCAR 871,8 mln. kubmetr qaz ixrac edib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5% çoxdur.

Xatırladaq ki, SOCAR Azərbaycanda öz imkanları ilə hasil etdiyi bütün təbii qaz həcmini Azərbaycan bazarına yönləndirir. 3-cü tərəflərdən alınan qaz həcmləri isə əsasən ixrac üçün istifadə olunur və Azərbaycana əlavə gəlir qazandırır. Hazırda SOCAR-ın Azərbaycandakı qaz anbarlarında qış ayları üçün 3 mlrd. kubmetrdən çox qaz tədarük edilib.

SOCAR üzrə üçüncü rübdə xam neftin ixracı 6 mln. ton təşkil edib. Beləliklə SOCAR-ın xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artıb. Rüb ərzində SOCAR üzrə Azərbaycandan 465,8 min ton neft emalı və neft-kimya məhsulu ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% çoxdur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR