Slimfit
  1. İQTİSADİYYAT

SOCAR bu il Ukraynanın Müdafiə Nazirliyinə 13 min ton reaktiv yanacaq tədarük edib

SOCAR bu il Ukraynanın Müdafiə Nazirliyinə 13 min ton reaktiv yanacaq tədarük edib
Sakura

SOCAR bu il Ukraynanın Müdafiə Nazirliyinə 13 min ton reaktiv yanacaq tədarük edib

Bu il ərzində Ukraynanın Müdafiə NazirliyiAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bu ölkədəki törəmə şirkəti olan “SOCAR Ukraine”dən ümumilikdə 13,05 min ton reaktiv yanacaq alıb.

Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, ümumilikdə isə bu il ərzində nazirlik 57,28 min ton reaktiv yanacaq alıb. Bu həcmin ümumi dəyəri 1,7 mlrd. qrivna təşkil edib.

Bu il ərzində nazirlik üçün ən iri tədarükçü OKKO şirkəti olub. Bu şirkət quruma 21,02 min ton yanacaq tədarük edib. Sonrakı yerləri tədarükün həcminə görə “Torum” (16,21 min ton), SOCAR (13,05 min ton) və WOG (6,9 min ton) şirkətləri tuturlar.

Bununla da demək olar ki, “SOCAR Ukraine” şirkəti Ukraynanın Müdafiə Nazirliyinə ən çox reaktiv yanacaq tədarük edən üçüncü şirkətdir.

Xatırladaq ki, 2017-ci ilin nəticələrinə görə, Ukraynanın Müdafiə Nazirliyi ümumilikdə 42 min təyyarə yanacağının tədarük edilməsinə dair müqavilə imzalayıb ki, burada da əsas tədarükçü 21 min ton yanacaq tədarükü ilə “Treyd Kommoditi” şirkəti çıxış edib.

Qeyd edək ki, bu ayın 5-də də “SOCAR Ukraine” şirkəti Ukraynanın Müdafiə Nazirliyi üçün 1,1 min ton təyyarə yanacağının tədarükü ilə bağlı müqavilə imzalayıb. Qurum bu gün 10 283 min ton əlavə təyyarə yanacağının alınması üçün yeni tender elan edib. Tender iki lotdan ibarət olacaq və şərtlərə əsasən müqavilə imzalanan gündən 60 gün ərzində, 2019-cu ilin martın 26-dan gec olmayaraq tədarük həyata keçirilməlidir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR