Slimfit
  1. AZƏRBAYCAN

“SOCAR AQŞ” “İlin Təlim Şirkəti” mükafatını alıb

“SOCAR AQŞ” “İlin Təlim Şirkəti” mükafatını alıb
Sakura

“SOCAR AQŞ” “İlin Təlim Şirkəti” mükafatını alıb

Davamlı İnkişaf və Təlim Beynəlxalq Assosiasiyası (IACET PNG) tələbələr üçün təşkil olunan Yay İstehsalat Təcrübəsi Proqramı üzrə “SOCAR AQŞ”ni “İlin Təlim şirkəti” kimi qiymətləndirib.

Report” “SOCAR AQŞ”yə istinadən xəbər verir ki, müvafiq mükafat neft-qaz sənayesində təlim proqramlarının effektiv təşkili üzrə aparılan təhlillərə əsasən şirkətlərə təqdim edilir.

“Son illərdə aparılan müşahidələr göstərir ki, “SOCAR AQŞ”də mövcud sənədləşdirilən informasiya həm beynəlxalq standartların tətbiqinə, həm də müəssisə rəhbərliyinin verdiyi rasional qərarlara söykənir.

Hər il tələbələr üçün təşkil olunan Yay İstehsalat Təcrübəsi müəssisənin sosial korporativ məsuliyyət proqramının bir hissəsi kimi yerli və xarici universitetlərdə bakalavr və magistr dərəcəsi üzrə təhsil alan istedadlı tələbələrə şamil edilir”,- məlumatda bildirilib.

Yay İstehsalat Təcrübəsi proqramı çərçivəsində “SOCAR AQŞ” ilə ABŞ, Avropa və Asiyanın tanınmış universitetləri arasında ikitərəfli əməkdaşlıq mövcuddur. Müəssisə istedadlı gənclərin cəlb olunması istiqamətində dünya səviyyəli İstehsalat Təcrübəsi Proqramı təşkil edir.

Hər il yüzlərlə gənc tələbə İstehsalat Təcrübə Proqramında iştirak etmək üçün müvafiq qaydada sənədlərini müəssisəyə təqdim edirlər. Seçim prosesində tələbələrin texniki bilikləri, psixoloji təfəkkürü, dil bilikləri, analitik-kiritik düşünmə qabiliyyətləri və komandada işləmək bacarıqları yoxlanılır. Seçim mərhələlərindən uğurla keçən tələbələr 2 ay müddətində təhkim olunduqları biznes bölmələrində təcrübə keçməklə yanaşı müxtəlif təlim və seminarlarda iştirak edirlər.

Tələbələr əməliyyatların optimallaşdırılması, layihələrin idarəolunması, risklərin idarəolunması, biznesin inkişafı, iqtisadi planlaşdırma və xərclərə nəzarət kimi təlimlərdə iştirak edirlər.

İstehsalat təcrübəsinin sonunda tələbələrin əldə etdikləri təcrübi biliklər qiymətləndirilir və hamilər tərəfindən xüsusi hesabatlar tərtib edilir.

Şirkətən bildirilib ki, bu və digər layihələr üzrə aparılan işlər gələcəkdə də “SOCAR AQŞ” nın korporativ idarəetmə göstəricilərinin daha da yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, “SOCAR AQŞ” 2018-ci ilin iyun ayında etibarən IACET PNG-nin üzvüdür.

IACET PNG-nin missiyası akkreditasiya vasitəsi ilə keyfiyyətli təlim və inkişaf üçün standartları təmin etməklə qlobal səviyyədə işçi qüvvələrini inkişaf etdirməkdən ibarətdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR