Slimfit
  1. AZƏRBAYCAN

SOCAR alman şirkətinin Türkiyədəki səhmlərini alır - Fantastik qiymət

SOCAR alman şirkətinin Türkiyədəki səhmlərini alır - Fantastik qiymət
Sakura

SOCAR alman şirkətinin Türkiyədəki səhmlərini alır - Fantastik qiymət

Alman nəhəngi “EWE AG”in tərkibində yer alan “EWE Turkey Holding” 2007-ci ildə daxil olduğu Türkiyə enerji bazarından çıxmağa hazırlaşır.

Yenicag.az xəbər verir ki, “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji”, “Enervis” və “Millenicom” kimi şirkətlərlə ortaq olan “EWE Turkey Holding” hissələrini satmaq üzrə investorlarla keçirdiyi görüşləri demək olar ki, başa çatdırıb.

Alman nəhəngi ilə maraqlananlar arasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) də var. SOCAR-ın ən yaxın rəqibi son dövrdə enerji sahəsində də investisiyaları olan “Kolin”dir. Bu səhmlərin məbləğinin 200-250 milyon dollar oluğu bildirilir.

Trans-Anadolu qaz boru kəməri(TANAP) layihəsinin böyük səhmdarı olan SOCAR Türkiyədə enerji sektoruna milyardlarla dollarlıq investisiya yatırır. SOCAR-ın İzmirdə sınaq müddəti davam edən STAR Neft Emalı Zavodu bu ilin dördüncü rübündə fəaliyyətə başlayacaq. SOCAR-ın maraq dairəsində yer alan “EWE Enerji” illik 2-2.5 milyard kubmetrlik qaz tədarük həcmi ilə Türkiyənin ən böyük şəxsi topdan satış portfelini idarə edir. Məlumata görə, SOCAR bazarda nisbətən daha münasib qiymətə olan bu qazın önəmli hissəsini STAR NEZ-də istifadə etməyi planlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR