Dərc edildi: Baxış sayı: 808
SMS icazə sistemi yalnız 4 şəhər və 1 rayonda tətbiq olunacaq
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət