Slimfit
  1. TEXNOLOGİYA

Smartfonun mavi işığından qorunmanın yolları açıqlanıb

Smartfonun mavi işığından qorunmanın yolları açıqlanıb
Sakura

Smartfonun mavi işığından qorunmanın yolları açıqlanıb

Smartfon ekranından və ya kompüter monitorundan çıxan mavi işıq günəş işığının bənövşədən maviyə qədər olan spektrinin bir hissəsi olduğundan gözlər üçün zərərlidir.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyada “CM-Klinika”sının oftalmoloqu Marina Tsareqorodtseva bildirib.

Onun sözlərinə görə, mavi rəngin gözlərə təsirini azaltmaq üçün cihazların istifadəsini minimuma endirmək və ya kompüter eynəklərindən istifadə etmək lazımdır.

“Dərini günəşin ultrabənövşəyi şüalarından qoruyarkən krem istifadə etdiyimiz kimi, torlu qişa da qorunmalıdır. Günəşli havada gün eynəyi taxmalısınız, smartfondan uzun müddət istifadə edərkən isə elektromaqnit şüalanmanı təsirsiz hala gətirən, ekranın səthindən əksolmalar, bənövşəyi və mavi spektrin şüaların qarşısını alan kompüter eynəklərindən istifadə etməlisiniz”, - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, mavi işığın təsiri azaltmaq üçün parlaqlığı tənzimləyən xüsusi proqramlar kömək edə bilər: onların istifadəsi ilə gecə vaxtı ekrandakı ağ rəng qızarır, gözü “kəsən” mavi rəngə mane olur.

“Bundan əlavə, uzun müddət mavi işığa məruz qalmaq, yuxu hormonu melatoninin normal istehsalını pozur. Bu səbəbdən daha pis yuxulayırıq, yuxu qısa və narahat olur”, - deyə M. Tsareqorodtseva xəbərdarlıq edib.

 

Mənbə: Oxu.az 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR