Slimfit
  1. TEXNOLOGİYA

Smartfonu alarkən nələrə diqqət etmək lazımdır?

Smartfonu alarkən nələrə diqqət etmək lazımdır?
Sakura

Smartfonu alarkən nələrə diqqət etmək lazımdır?

Smartfonlar artıq həyatımızın bir hissəsinə çevrilib. Avtobusda, metroda , yatanda , duranda telefon yanımızda olmasa özümüzü pis hiss edirik. Fins.az məlumat verir ki, smartfonu alarkən nələrə diqqət etmək lazımdır?

Smartfon alarkən bir neçə aspektlərdən məsələyə baxmaq lazımdır. Biz, iki xəyali şəxs təsəvvür edərək onlara mobil telefon seçəcəyik. Əvvəlcə siz istəyinizə uyğun olan telefonların siyahısını tərtib etməlisiniz

Pulu çox olub multitasking’dən çox istifadə edənlər, böyük ekranlı telefonları bəyənənlər

Pulu az olub telefonu hərdən istifadə edib, böyük ekranlı telefonlara üstünlük verənlər

(Galaxy Note 4, Galaxy S6, Xperia z3 compact, iPhone 6s, Galaxy A5)

(Xiaomi redmi Note, Galaxy A3,Galaxy J7, iPhone SE)

Əsas diqqət edilməsi lazım olan məqamlar aşağıdakılardır:

1. Seqmentlər və qiymət - Smartfon istehsalçıları mobil telefonları müxtəlif alıcıların cibinə uyğun olaraq istehsal edir və smartfonlar ümumi olaraq aşağı, orta ve yuxarı seqmentə ayrılırlar. Bunları biribirindən performansı, keyfiyyəti, iş qabiliyyəti kimi fərqlər ayırır. Siz hansı smartfonun sizə uyğun olduğunu axtarışa çıxmamışdan əvvəl telefon üçün nə qədər pul ayıra biləcəyinizi nəzərinizdə tutmalısınız.

2. Ölçü - Telefonun gündəlik istifadəsinə ölçüsü ən çox təsir edən amillərdəndir. Həmişə diqqət edin ki, telefon əlinizə rahat yerləşsin. Əgər rahat yerləşməsə əlinizdən düşmə ehtimalı yüksəkdir.

350-400 dollar ( Galaxy Note 4, Galaxy S6, Xperia z3 compact, iPhone 6s, Galaxy A5 )

250 - dollar ( Xiaomi redmi Note, Galaxy A3, Galaxy J7 )

Kiçik telefon istəməyənlər Xperia z3 compact 'ı, uyğun olaraq  Galaxy A3-ü siyahıdan çıxardır.

3. Performans - Telefonun performansı ən əsas göstəricilərdən biridir. Əsasən yuxarı seqment telefonlar daha güclü olur. Siz əgər eyni vaxtda daha çox proqram istifadə edirsinizsə (multitasking) , aldığınız telefonunun RAM-ının həcminin daha çox olmasına diqqət etməlisiniz (1.5+ GB). Əgər ağır 3D oyun həvəskarısınızsa telefonun prosessorunun güclü olmasına diqqət etməyiniz vacibdir (Snapdragon 6xx və ya 8xx) . Əgər aşağı seqment telefon alacaqsınızsa telefonun performansı sizi qane etməyə bilər. Burada əsas bir nüansı diqqətə almaq lazımdır ki, telefonun performansı yüksək olarsa o daha çox enerji sərf edir. Ona görə də telefonun gündəlik istifadədə batareya həcmi çox olan telefona üstünlük verməlisiniz (3000+mah). Telefonun ekranının keyfiyyəti də enerji sərfiyyatına təsir edir. (Keyfiyyətli görüntü üçün 5 inç ölçüyə qədər telefonlarda 720p-yə , 5 inç-dən böyük telefonlarda 1080p və daha yaxşısına üstünlük verin)

 350-400 dollar (Galaxy Note 4, Galaxy S6, iPhone 6s)

 250- dollar (Xiaomi redmi Note, Galaxy J7)

Galaxy A5-i arzu edilən performansda olmadığı üçün siyahıdan çıxardın.  Note 4, Galaxy S6, İphone 6s modelləri arasında qalır. Note 4 , S6-dan daha boyük və eyni firmanın modeli olduğu üçün S6-nı siyahısından silir və Note 4 ilə İphone 6s arasında seçim etməli olur. Əgər siz belə bir iki oxşar smartfon arasında seçim etmək məcburiyyətində qalırsınızsa artıq zövqünüzə uyğun olanını seçməlisiniz. Daha çox (customization) sevildiyi üçün Galaxy Note 4 seçilir. Telefondan az istifadə edən istifadəçilərə nəzər yetirəndə anlaşılır ki, belə istifadəçilər üçün  telefonda batareya tutumu əsas amildir. Ona görə də  belə istifadəçilər Xiaomi redmi Note seçimini edin.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR