Slimfit
  1. TEXNOLOGİYA

Smartfonların işini bu üsulla yaxşılaşdırın

Smartfonların işini bu üsulla yaxşılaşdırın
Sakura

Smartfonların işini bu üsulla yaxşılaşdırın

Mütəxəssis smartfonların işinin yaxşılaşdırılması barədə məsləhətlər verib.

Ens.az Publika.az-ın Rusiya mətbuatına istinadla xəbərinə görə, АО "Кsell" biznes bazarının inkişafı direktoru Pyotr Dzyuba PRAYM agentliyinə açıqlamasında bildirib ki, smartfonun işinin pisləşməsinin əsas səbəblərindən biri çox sayda fayl səbəbindən cihazda yaddaşın dolmasıdır.

O qeyd edib ki, telefon vaxtaşırı təmizlənməlidir:

"İstifadə etmədiyiniz tətbiqləri, həmçinin sənədlərin surətini, lazımsız, köhnə sənədləri, uğursuz foto və videoları silin. Telefonun yaddaşını təmizləmək üçün xüsusi proqramlar var. Bundan əlavə, əgər smartfon köhnədirsə, parametrlərdə animasiya effektlərini söndürə bilərsiniz ki, bu da onun işini sürətləndirməyə kömək edəcək. Çox yer tutmayacaq sadə vizual örtük yükləyə bilərsiniz.

Smartfonun məcburi sıfırlama funksiyasının olduğunu unutmayın, bu da tez-tez kiçik nasazlıqları aradan qaldırmağa kömək edir. Bəzi hallarda parametrləri zavod parametrlərinə qaytara bilərsiniz, ancaq bütün məlumatların ehtiyat nüsxəsini çıxarmağı unutmayın".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR