Slimfit
  1. TEXNOLOGİYA

Smartfonların batareyaları artıq daha uzun müddət xidmət edəcək

Smartfonların batareyaları artıq daha uzun müddət xidmət edəcək
Sakura

Smartfonların batareyaları artıq daha uzun müddət xidmət edəcək

Çox  sadə, lakin olduqca effektiv bir həll sayəsində

Bir çox smartfon sahibləri yatmağa hazırlaşan vaxt öz qacetlərini enerji toplamağa qoyurlar. Məsələnin belə həlli cihazın batareyasının ömrünü xeyli qısaldır.

TED.az xarici mətbuata istinadən xəbər verir ki, OnePlus şirkətinin mütəxəssisləri bu problemi necə həll etmək barədə düşünüblər. Nəticə olaraq, Las-Veqasda keçirilən "Consuler Electronic Show 2020" sərgisində tezliklə şirkətin smartfonlarında görünəcək “Optimallaşdırılmış yükləmə" (Optimized Charging) texnologiyası təqdim olunub.

Texnologiyanın mahiyyəti belədir: smartfonunuzu yatmazdan əvvəl enerji toplamağa qoyduqda o, 80%-ə qədər yüklənəcək və sonra şarj müvəqqəti olaraq dayandırılacaq. İlk zəngli saat və ya ilk xatırlatma işə düşməzdən 100 dəqiqə əvvəl smartfon yenidən enerji yığmağa başlayacaq. Həll çox sadədir, amma həqiqətən, batareyanın ömrünü uzada bilər.

Yeni proqram təminatının beta testində iştirak edən OnePlus 7 və ya OnePlus 7 Pro istifadəçiləri artıq bu funksiyanı sınaqdan keçirə bilərlər. Batareya parametrlərində "optimallaşdırılmış enerji toplama" maddəsi peyda olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR