Slimfit
  1. CƏMİYYƏT

Smartfonlardan koronavirus keçə bilərmi?

Smartfonlardan koronavirus keçə bilərmi?
Sakura

Smartfonlardan koronavirus keçə bilərmi?

Günümüzdə insan övladı üçün ən ciddi problemlərdən birinə çevrilən koronavirus pandemiyasının istənilən yolla insana keçmə riski barədə müxtəlif fikirlər səslənir. İrəli sürülən fikirlərdən aydın olur ki, ətrafımızda olan hər bir vasitədən insana bu virus keçə bilər. O cümlədən smartfonlardan da koronavirusun keçmə ehtimalı barədə fikirlər səslənir. Bəs, belə olan halda nə etmək lazımdır və bu vasitələrdən virusun keçmə riskini azaltmaq üçün hansı tədbirlər görmək zəruridir?

Bildirilib ki, smartfonların üzərində hər zaman çoxlu bakteriya olur və onların arasında koronavirus da ola bilər. "Kaspersky" şirkəti smartfonları nə ilə və necə düzgün dezinfeksiya etmək barədə danışır. Qeyd olunur ki, hazırki koronavirus (COVID-19) epidemiyası, artıq insanları ictimai yerləri ziyarət etdikdən sonra əllərini yumağa və üzlərinə daha az toxunmağa vərdiş etməyi öyrədib. Ancaq hələ də hamı daha bir faydalı vərdişə  - öz cihazlarını, xüsusən gündə yüz dəfə əllərimizə aldığımız və tez-tez üzümüzə toxundurduğumuz cihazları dezinfeksiya etmək vərdişinə yiyələnməyib.

İlk olaraq, unutmaq lazım deyil ki, koronavirusun otaq temperaturu şəraitində metal, şüşə, keramika və plastik materiallar üzərində öz yoluxma gücünü saxlayaraq yaşama müddəti bir neçə gün təşkil edir. Virus telefona iki yolla keçə bilər - yoluxmuş insanın öskürəyindən ayrılan kiçik damcılarla və ya əvvəllər qapı tutacaqları, lift düymələri və digər  səthlərə toxundurduğunuz əllərinizlə.

Əgər telefonunuzu başqa insanlara verməsəniz (vermirsiniz, elədir?) və hamı cihazınıza öskürməsə, havadan yoluxma ehtimalınız azdır. Əllə yoluxma əlaqədə qaldığınız müddətdən asılıdır və bu müddət müxtəlif mikroorqanizmlər üçün fərqlidir - koronavirusun yoluxma müddətti haqda etibarlı məlumatlar hələ də mövcud deyil.

Buna görə də, virusun daha əvvəl başqa bir şeylə təmasda olan yuyulmamış əllərinizin dəydiyi smartfon vasitəsi ilə ötürülə biləcəyini düşünmək daha məntiqlidir. Xüsusilə, telefona yalnız əllərimizlə deyil, həm də, danışarkən üzümüzlə toxunduğumuz üçün, bu riski gözə almaq olmaz. Ümumiyyətlə, telefonu mütəmadi olaraq, hətta hər evə qayıtdığımızda dezinfeksiya etmək daha yaxşıdır. Bəs, smartfonu koronavirusdan necə qorumaq olar?

Məişətdə daha geniş yayılmış məhsullardan etil spiti (C2H5OH) və izopropil spirti (C3H7OH), həmçinin perekis (H2O2) və hipoklorit (NaClO) koronavirusla mübarizə üçün daha effektivdir.

Smartfonu dezinfeksiya etməyin alternativ variantları:

Kimyəvi dezinfeksiya sizə uyğun deyilsə, başqa seçimlər də var. Məsələn, ultrabənövşəyi dezinfeksiya aparatları. Və ya telefonu hermetik polietilen torbaya qoymaq və hər dəfə çölə çıxdıqdan sonra həmin paketi atmaq (virus polietilendə uzun müddət də yaşaya bilər).  Belə bir üsul çox dəbli olmasa da, istifadə etmək ziyan gətirməz. Ən radikal üsul, telefonu ictimai yerlərdə mümkün qədər az istifadə etməyə çalışmaqdır. Bu, eyni zamanda rəqəmsal-detoksa kömək edir və ümumiyyətlə zərərli deyil.

Əlbəttə ki, evdən çöldə sizinlə birgə gəzişən digər cihaz və əşyalar - planşetlər, noutbuklar, ağıllı saatlar və ya bilərziklər, qulaqcıqları da unutmaq olmaz. Hər ehtimala qarşı, istehsalçının veb saytı və ya təlimat kitabçasından və ya birbaşa özündən hansı maddələrin dezinfeksiya üçün daha uyğun olduğunu və onlardan cihazın qorunması üçün necə istifadə edə biləcəyinizi dəqiqləşdirməyə dəyər.

Mənbə: Olaylar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR