Slimfit
  1. TEXNOLOGİYA

Smartfonlar üçün 400 GB-lıq yaddaş kartı

Smartfonlar üçün 400 GB-lıq yaddaş kartı
Sakura

Smartfonlar üçün 400 GB-lıq yaddaş kartı

Artıq SanDisk-in yeni yaddaş kartı hesabına smartfonların yaddaş tutumunu 400 GB-a kimi yüksəltmək mümkün olacaq.

Lent.az xəbər verir ki, Berlində keçirilən IFA 2017 tədbirində “Western Digital” şirkəti, SanDisk brendi adı altında 400 GB yaddaş həcminə sahib microSD kartı təqdim etdi.

Sözügedən yaddaş kartı təkcə yüksək tutum  həcmi ilə fərqlənmir. O həmçinin A1 sürət səviyyəsinə sahibdir. Bu vasitə ilə tətbiqləri daha sürətli şəkildə yükləmək mümkündür.

Kartın yaradıcıları bildiriblər ki, sözügedən yaddaş kartı vasitəsilə məlumatın ötürülməsi, saniyədə 100 Mbit sürətlə reallaşdırılacaq. Bu isə 1 dəqiqədə 1200 fotonun ötürülməsi deməkdir.

400 GB yaddaşa sahib yeni microSD kartların təqribi qiyməti 250$ təşkil edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR