Slimfit
  1. TEXNOLOGİYA

Smartfonlar haqqında hələ də inandığınız 7 mif

Smartfonlar haqqında hələ də inandığınız 7 mif
Sakura

Smartfonlar haqqında hələ də inandığınız 7 mif

Smartfonlar görmə qabiliyyətini korlayır

Bu mövzuda mübahisə ediblər və hələ də edəcəklər. Toledo Universitetinin alimləri hətta sübut ediblər ki, göz üçün smartfonlar, planşetlər və noutbukların yaydığı göy rəng zərərlidir. Amma müasir qadcetlər ağılla istifadə etsəniz, sizin görmə qabiliyyətinizi korlamayacaq. Faktiki olaraq, gözlərə smartfonların özü deyil, yaxın işıq mənbəyi ilə uzun müddətli əlaqə zərər vurur. Sadə formada desək:  qadcetləri gözdən 20sm məsafədən yaxında saxlamayın və işdə fasilələr edin və hər şey yolunda olacaq.

Bir çox modellərdə görməni qoruma rejimi var ki, gözlər üçün zərərli olan göy işığı filtrləyir. Demək olar ki, bütün smartfonlar işıqlandıra ötürücüsünə malikdir və ətraf işıqlanması səviyyəsinə görə adaptiv parlaqlıq parametlərini dəstəkləyir. Bu funksiyalara laqeyd olmayın və smartonun zərərli olması mif olaraq qalacaq.

Ekranın pikselləri nə qədər çox olarsa, şəkil daha keyfiyyətli olacaq

Smartfonlar artıq daha böyük və çərçivəsizdir və hər istehsalçı ekrana daha çox piksel yerləşdirməyi öz borcu hesab edir. Bir çox istifadəçilər bu trendi sevinclə qəbul edir. İnsan gözü 300 ppi-dan yüksək sıxlıqlı pikselləri seçə bilmir və bu həddi keçən bütün ölçülər marketinq üsulundan başqa heç nə deyil.

RAM nə qədər çoxdursa, smartfon da bir o qədər sürətlidir

Bu mif qismən doğrudur. Daha çox əməli yaddaşı ancaq dekstop rejimi (son Samsung modellərindəki kimi), 3D qrafikalı oyunlar və video emalı üçün istifadə edilən proqramlar) tələb edir. Amma bu proseslər üçün də 3-4QB kifayətdir. 6 və 8QB əməli yaddaşı olan smartfonlar əlbəttə ki, daha faydalı görünür və “gələcək üçün ehtiyat” vəd edir, amma hazırda əlavə qiqabaytlar smartfonunuzu sürətli etməyəcək. 

Proqramları ancaq rəsmi mağazalardan endirmək olar

Bu belə deyil! Viruslu proqramı az tanınmış forumda da, Play Market və ya App Store kimi rəsmi meydanlarda da endirmək olar. İstehsalçılar cinayətkarlara qarşı mübarizə aparırlar, amma hər dəfə onlar rəsmi mağazalara özlərinin zərərli proqramlarını yükləməyi bacarırlar.

Çıxış yolu var - əgər proqramın təhlükəsiz olduğuna əmin deyilsinizsə, onu quraşdırmazdan əvvəl yoxlayın.

Proqramı silməklə, siz virusları siləcəksiz

Əgər siz proqramı quraşdırmazdan əvvəl yoxlamayıbsınızsa və yenə də yoluxmuş faylı endiribsinizsə, ilk olaraq onu silmək istəyəcəksiniz. Amma bu proqramı silməklə zərərli virusun yoxa çıxacağına zəmanət verilmir. Bir çox virusları ancaq cihazın zavod ayarlarına qaytarmaqla silmək mümkündür.

Kamerada meqapiksellər nə qədər çoxdursa, çəkilişlər bir o qədər yaxşıdır

Biz artıq rəqəmsal kameralarla bağlı mifi açıqladıq. Eyni sözü smartfonlardakı kameralar haqqında demək olar - meqapiksel kəmiyyəti ancaq şəkillərin piksellərinin sayına təsir göstərir, onun keyfiyyətinə deyil. Əslində çəkiliş keyfiyyəti piksel ölçüsü, diafraqma, stabilləşdirmə funksiyası və şəkillərin emalı proqram alqoritmindən asılıdır.

Məsələn, Samsung Galaxy S9 flaqmanında 12mp kamera var və o ən yaxşı müasir smartfonlardan biri hesab olunur. Bununla belə bazarda 20 və daha çox meqapikselli matrislə olan bir çox modellər var - amma onları heç kim əla çəkiliş keyfiyyətinə görə tərifləmir.

Telefonu bütün gecə boyu doldurmaq olmaz

Etiraf edin , siz belə edirsiz, düzdür? Neçə telefon gecə doldurmasından sonra xarab olub? Belə hal olmayıb. Olmayacaq da, çünki müasir smartfonlar elə sayda elektronika ilə təchiz olunub ki, onların doldurma zamanı təhlükəsizliyi şübhə doğurmamalıdır. Akkumulyator 100% dolduqda, doldurma prosesi sadəcə olaraq dayanır. Bununla belə heç nə yana və ya partlaya bilməz.

Mifə ancaq nikel-kadmium akkumulyatorların zamanında haqq qazandırmaq olardı. Amma indi qadcetlər müasir litium-ion batareyaları (Li-Ion) və elektrik gücünü nizamlayan ötürücülərlə təchiz olunur. Buna görə də rahat olun və smartfonları gecə vaxtı doldurun.

 

Mənbə: iChip.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR