Slimfit
  1. TEXNOLOGİYA

Smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlanıb

Smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlanıb
Sakura

“ABI Research” analitik şirkəti 2027-ci ilədək smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlayıb

“ABI Research” analitik şirkəti 2027-ci ilədək smartfonlar bazarının inkişafı üzrə proqnoz açıqlayıb.

ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, 2019-cu ildən etibarən bir sıra regionlarda istifadəyə veriləcək yeni beşinci nəsil rabitə texnologiyası (5G) məlumatların ötürülmə sürətini artıracaq, “bulud” saxlanclarını və əlavə reallığı təkmilləşdirəcək. Onun fonunda “3G” və LTE texnologiyaları geridə qalacaq.

Proqnoza görə, yaxın illərdə smartfonlar arasında ekrandaxili barmaq izi skaneri və bir neçə modula malik kamera populyarlıq qazanacaq. Ekrandaxili daktiloskopik skaner artıq “Vivo”, “Xiaomi” və “Meizu” smartfonlarında quraşdırılıb, tezliklə ekranın blokdan çıxarılması üçün oxşar texnologiya ilə “OnePlus” və “Samsung” brendli digər qurğuların da təchiz ediləcəyi gözlənilir. Üç modula malik kameranı “Huawei P20 Pro” smatfonu təklif edir, eyni zamanda yaxın vaxtlarda üç kamera ilə təchiz olunan digər model – “Huawei Mate 20 Pro” işıq üzü görəcək.

Analitiklərin gözləntilərinə görə, “Samsung” şirkətinin ardınca başqa istehsalçılar da açılıb-yığılan smartfon təqdim edəcəklər. Belə mobil qurğuların perspektivləri barədə məlumat isə açıqlanmır. Onların da mobil bazarın inkişafına güclü təsir göstərəcəyini ehtimal etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR