Smartfonda bir neçə kamera nə üçün lazımdır?
Multikameralı arxitektura nə üçün lazımdır? Nə üçün müasir smartfonlarda iki və ya üç kamera var? Bunu ətraflı araşdıraq.
Smartfonlarda kameraların sayı o qədər sürətlə artır ki, bəzi modellərdə artıq 3 ədəddir. Biz elə hesab edirik ki, ikili və üçlü kamerası olan telefonlar daha yaxşı şəkil çəkir (bu belədir). Gəlin smartfona yaxşı çəkiliş üçün məhz neçə kameranın lazım olduğunu aydınlaşdıraq.
Yer çox azdır!
Mobil telefon dizaynlerlərinin kədərli həyatının əsas faciəsi yerin olmamasıdır. Müasir smartfonun qalınlığı artıq çoxdan on millimetrdən çox deyil və belə dar yerə normal fotokamera obyektivini yerləşdirmək sadəcə mümkün deyil.
Daha çox işıq toplamaq və kadrın maksimum yaxınlaşmasını təmin etmək üçün “hərəkət etdirilə biləcək” müxtəlif ölçülü bir neçə şüşə linzalarla təchiz etmək normaldır. Kamerafonların yayıldığı vaxtda tam hərəkət edən obyektivli smartfon hazırlamaq cəhdləri olmuşdu. Bu, yumşaq şəkildə desək buldoqun kərgədanla hibridi kimi görünürdü. Samsung Galaxy K-Zoom kimi:
Şüşədən keyfiyyətli obyektiv hazırlayanda belə olur - bu qadcet elə də yaxşı görünmür, doğrudurmu? Əlbəttə, başqa bir materialdan linza hazırlamağa cəhd etmək olardı, amma burada da problem yaranır - planetimizdə işığı adi şüşədən daha yaxşı sındıran material mövcud deyil. Bəs nə edək?
Nə etmək lazımdır? İkinci kameranı əlavə etmək!
Elə bu mərhələdə əla ideya yarandı. Əgər telefonda bir neçə linzalı bir böyük obyektiv yerləşdirmək olmazdısa, onda nə üçün biri ilə iki kiçik ölçülünü yerləşdirməyək? Özü də müxtəlif məsafə fokusu ilə: biri geniş bucaqlı çəkilişlər edəcək, ikinci isə “teleobyektiv” olacaq - dar görüntü sahəsi, amma daha çox böyütmə ilə.
Hər iki kamera ilə eyni zamanda çəkilişlər edirik, sonra isə onları proqram təminatı vasitəsilə birləşdiririk. Əlbəttə ki, bu çətindir, amma proqramın mürəkkəbliyi obyektivin ölçüsündən daha azdır. Belə olduqda biz iki dəfə artıq işıq toplayacağıq, müxtəlif dəqiqlik dərinliyinə malik iki şəkil əldə edəcəyik, həmçinin ən tünd və açıq detalları eyni dəqiqliklə çəkə biləcəyik.
Deyildi və edildi. Beləliklə, smartfonlarda ikili kameralar yarandı. İstiqamətin qabaqcılları LG və Huawei oldu, texnologiyanı isə təbii ki, Apple məşhurlaşdırdı. Şəkildə iPhone 7-nin ikili kamerasının necə işlədiyi göstərilib.
Bəs üçüncü nəyə lazımdır?
Smartfonda üçüncü əslində heç də kamera olmur. Xeyr, bu daha bir fokus məsafə seçimli əlavə obyektiv də ola bilər. Light L16 telefonunda beləsindən 16 ədəd var:
Amma üçüncünün altında şəklin əlavə olaraq yaxşılaşdırılması üçün istifadə edilən sensor gizlənir. Ümumiyyətlə, smartfonda üçüncü “kamera”nın nə ola biləcəyi haqqında beş seçim var:
Teleobyektiv - böyütmə ilə çəkiliş üçün dar görünüş sahəli daha bir obyektiv;
Geniş bucaqlı obyektiv - geniş bucaqlı çəkilişlər üçün əlavə obyektiv;
Ağ-qara sensor - yüksək dəqiqliklə çəkməyə, daha dərin kölgələr və parlaq məqamlar əldə etməyə imkan verir;
Gecə çəkilişi üçün sensor - qaranlıqda və zəif işıqda dəqiq çəkilişlərə imkan verir;
Dərinliyin analizi üçün sensor - iki əsas obyektivə düzgün dəqiqlik dərinliyi ilə çəkilişlər etməyə kömək edir.
Bütün bunlar mobil telefonlara şəkli daha yaxşı, parlaq və dəqiq çəkməyə imkan verir, buna baxmayaraq smartfonun ölçüləri saxlanılır. Bax elə buna görə smartfona bir neçə kamera lazımdır - nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Ola bilsin ki, yeni nəsil cihazlar obyektiv “gözləri” ilə örtüləcək. Artıq 5 kameralı Nokia 9 gəlir - ümid edirik ki, hədd aşılmayacaq!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət