Slimfit
  1. TEXNOLOGİYA

Smartfon xəstəliyi ilə mübarizədə yeni üsul

Smartfon xəstəliyi ilə mübarizədə yeni üsul
Sakura

Smartfon xəstəliyi ilə mübarizədə yeni üsul

“Apple” mühəndisləri gələn həftə təqdimatı gözlənilən “iOS 12” əməliyyat sistemində istifadəçilərə elektron cihazlardan asılılıqla mübarizə aparmaq imkanı təqdim edəcək.

AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, söhbət “Digital Health” adı altında birləşdirilən alətlər toplusundan gedir. Bu alətlər “Apple” istifadəçilərinə öz cihazları, eləcə də müxtəlif proqram əlavələri (sosial şəbəkələr və s.) ilə nə qədər vaxt keçirdiklərini nəzarətdə saxlamağa imkan verəcək. “iOS”in verdiyi bu imkanı “nastroyka”dan tapmaq olacaq.

Yeni əməliyyat sisteminin təqdimatı iyunun 4-də San Xosedə keçiriləcək “Apple” tərtibatçılarının ümumdünya konfransında baş tutacaq. İstifadəçilər “iOS 12”ni sentyabrdan etibarən yükləyə biləcəklər. Digər özəllik budur ki, əməliyyat sistemi vasitəsilə istifadəçilər bir-biri ilə əlavə reallıq oyunlar oynamaq fürsəti qazanacaq.

“Bizə alətlər və məlumatlar lazımdır ki, rəqəmli mediadan necə istifadə etdiyimizi daha yaxşı anlayaq”, - deyə “Apple”in sabiq baş icraçı direktoru Toni Fadell bildirib. O deyib ki, “iPhone” öz-özlüyündə asılılıq deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR