Dərc edildi: Baxış sayı: 187
Slovakiyanın Baş nazirinin əməliyyatı uğurlu keçib, həkimlərlə danışır
Sui-qəsd nəticəsində yaralanmış Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun əməliyyatı uğurlu keçib.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,bu barədə “TA3” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, hazırda onun vəziyyəti stabildir, şüurludur və həkimlərlə danışır.
Xatırladaq ki, bu gün Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub. Atəş Fitso ictimaiyyət arasında çıxdıqdan sonra açılıb və o, sinə və qarın nahiyəsindən çoxsaylı yaralar alıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət