Slovakiya dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Slovakiya Respublikasının Prezidenti Zuzana Çaputova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Ens.Az"ın məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident!
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Slovakiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi təbrik edirəm.
Əminəm ki, indi iqlim dəyişikliyi, bununla əlaqədar sosial və iqtisadi çağırışlar, enerji qıtlığı, hibrid təhlükələr və həmçinin qlobal təhlükəsizliyə təhdid olan bir sıra amillər beynəlxalq əməkdaşlığa hər zamankından daha çox ehtiyac yaradır.
Hörmətli cənab Prezident, Sizə və Azərbaycan vətəndaşlarına sülh, inkişaf, firavanlıq, tərəqqi arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında münasibətlərin inkişafı xalqlarımızın rifahı naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə uğurla davam edəcəkdir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət