Slaven Biliç Səudiyyə Ərəbistanı klubundan qovulub
Səudiyyə Ərəbistan təmsilçisi “Əl-İttihad”ın rəhbərliyi əsas komandanın baş məşqçisi Slaven Biliçi istefaya göndərib.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı xorvatiyalı mütəxəssis postundan uğursuz nəticələrlə əlaqədar uzaqlaşdırılıb. Onu çilili Xose Luis Syerra əvəzləyib. Biliçin 2018-ci ilin sentyabrından rəhbərlik etdiyi kollektiv 21 turdan sonra 15 xalla 15-ci pillədədir. “Əl-İttihad” son sıradakı “Uhud”u 3 xal qabaqlayır.
Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş Türkiyə yığmasının sükanı arxasına keçəcəyi halda, Biliçin 2013 - 2015-ci illərdə çalışdığı “Beşiktaş”a dönəcəyi bildirilir.
Qeyd edək ki, Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç Xorvatiya millisində, eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında Slaven Biliçin köməkçisi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət