“Skype”da zənglərin yazılması artıq əlçatandır
“Skype” servisində çoxdan gözlənilən zənglərin yazılması funksiyası əlçatan olub. Yadda saxlanılan səs və videoların surəti “bulud” sistemində saxlanılacaq, bu səbəbdən xidmətin istifadəçiləri istənilən qurğudan onlara giriş əldə edə biləcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, danışığı yadda saxlamaq üçün ekranın aşağı hissəsində yerləşən “+” simvoluna sıxmaq və "yadda saxla" seçmək lazımdır. Ekranın yuxarı hissəsində çıxan xüsusi yazı bu barədə xəbərdarlıq edəcək. Proses zamanı bütün iştirakçıların videosu yazılır. Yazılmış məlumat 30 gün ərzində “Microsoft”un serverlərində yadda saxlanılacaq, yalnız bundan sonra silinəcək.
Hazırda “Skype”da zənglərin yazılması funksiyası “Windows 10”dan başqa bütün əməliyyat sistemləri üçün proqramlarda əlçatandır. "Windows 10" üçün də yaxın vaxtlarda əlçatan olacağı gözlənilir.
Yenilənmiş “Skype” servisi zənglərin yazılmasından başqa şifrlənmiş zənglər və istinad üzrə ümumi çata dəvət kimi funksiyalara malik olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət