Slimfit
  1. AZƏRBAYCAN

“Skylife” jurnalı: Zümrüd rəngli Gəncə (tam məqalə)

“Skylife” jurnalı: Zümrüd rəngli Gəncə (tam məqalə)
Sakura

“Skylife” jurnalı: Zümrüd rəngli Gəncə (tam məqalə)

Gəncəyə gəlib çatdığım an ciyərlərimi buranın təzə və təmiz havası ilə doldurdum. Yardımsevər və qonaqpərvər Azərbaycanlılar tərəfindən dostcasına qarşılanmaq izah edilməz bir hiss idi. Bu həzzi daha da çox artırmaq üçün mən şəhər meydanından Xan bağına tərəf irəlilədim. Səhər qaçışı edənlər, qoltuqlarında nərd və şahmat taxtası olan hər yaş qrupundan insanlar günü quşların səsi ilə müşaiyət olunan möhtəşəm çinar ağaclarının kölgəsində salamlayırdılar. Xan bağından keçərkən Azərbaycan milli musiqi alətlərindən olan qaval, tar və kamançada ifa edən küçə orkestrı ilə rastlaşdım. Bu kiçik orkestrın məftunedici melodiyaları insana gəl-gəl deyirdi və bu musiqiyə qulaq asmadan keçmək haqsızlıq olardı. Mənim küncdən onları seyr etməyimin fərqinə varan kimi yanlarına dəvət edib çay təklif etdilər. Belə ki, Azərbaycanda çay həmişə mürəbbə, limon və qəndlə birlikdə içilir. Burda verilən çaylar kəskin dadmır, daha yumşaq və ətirli olur. Mən özümdə bir qeyd götürdüm, ölkəmə qayıdanda hədiyyə kimi bir qədər Azərbaycan çayı alıb aparmaqçün və gəzintiyə davam elədim. Gəncədə atdığınız hər addımda tarixin bir hissəsi ilə qarşılaşa bilərsiniz. Azərbaycan Respublikasının əsası 1918-ci ildə Gəncədə qoyulub, o  Şərqin və Türk dünyasının ilk demokratik respublikası olub, Gəncə isə ilk paytaxtı təyin edilib. Mən restavrasiya olunan parlament binasınında yanından keçdim. Orda işçilər Cumhuriyyətin 100 illiyinin qeyd edilməsi ilə əlaqədar hazırlıq görürdülər.

Karvansaray, Çökək hamam və Şah Abbas məscidinin qırmızı kərpicdən olan divarları hələ də qorunub saxlanılıb. Məscidin həyəti namaz qılmaq üçün dəstəmaz almaq istəyən insanlarla dolmağa başlayırdı.  Məscidin girişində söykəndiyim möhtəşəm çinar ağacları ən azı məscidin özü qədər qədim idi. Məscidin arxasında isə tanınmış biri olan cəsur Cavad Xanın türbəsi yerləşir. Beləliklə, 114 il sonra ölkənin keçmiş paytaxtı olan Cavad Xanın Gəncəsində yenidən demokratik respublikanın bayrağı dalğalanır.

Heydər Əliyev parkındakı tağın üzərindən şəkil çəkəndən sonra hansı ki, buradan dondurma satanların çağırışları və balaca uçaqların gülüş səsləri ucalır, mən gün batana kimi gəzintimə şəhərin ən məşhur gediş-gəliş yolu olan Cavad xan küçəsi ilə davam etdim və şəhərdəki birinci günümü dadlı axşam yeməyi birdə ki, Gəncə paxlavası ilə başa vurdum.

Növbəti günə məşhur Gəncə xaması, ləziz bal və nazik lavaş çörəyindən ibarət olan səhər yeməyi ilə başladım və yamyaşıl, təmiz ovalıqları, vadiləri və göllərinə olan 1.5 saata yaxın səyahətimlə davam etdim. Mən Xoşbulaqa çatandan sonra Daşkəsənin və mis mədənçilərinin şəklini çəkmək üçün dayanarkən, buradakı mənzərədən çox təsirləndim.

Gölün üzünün səmanın əksi ilə örtülmüş qeyri-adi görüntüsünü görüb dayandım. Bu zaman gözüm Ruhiyyə adlı təndir çörəyi bişirən birinə sataşdı.

Biz tez şəkildə yeni bişmiş çörəkdən, şordan, motal pendirindən, dovğadan, müxtəlif mürəbbələrdən və çiçək çayından kiçik bir ziyafət düzəltdik. Mən ona öz təşəkkürümü bildirib, Şəmkirə doğru yollandım.

Yoluma davam edərkən 6-cı əsrə aid olan Şəmkir qalasından keçdim. Buranı açıq muzeyə çevirmək üçün qazıntı və yenidənqurma işləri aparılırdı. Maşını Gədəbəyə doğru sürəndə maşın yolunun sonuna çatdım və maşından düşüb piyada kartof sahələrinin içi ilə yeriməyə başladım. Dərədə otlayan qoyunların zınqrovlarının səsləri eşidilirdi, artıq hava isinmişdi. Əsrarəngiz təbiətin ortasında zirvəsi qarlı olan uca dağların ətəyində 20 metr hündürlükdə olan bir qayanın üzərində dayandım. Görünüşcə hər hansı konkret struktura malik olmayan relyefi xoşlayıram. Burada bu füsunkar landşaftda gizlin qalmış Aqrar turizmi üzə çıxarmaq üçün infrastruktur işləri fasiləsiz davam edir.

Mənim axırıncı dayanacağım Göygöl Milli Parkı oldu. Göl 1139-cu ildə zələzələ nəticəsində Kəpəz dağından bir parçanın bura düşməsi nəticəsində formalaşdıqdan sonra belə adlanıb. Saçlarımı oxşayan və qamışları zərifcəsinə yellədən dağ mehinə baxmayaraq, mən gölün ətrafındakı qoruyucu əl tutmaq üçün olan dayağa söykənib ulduzları seyr edirdim. Günəşin batması əsnasında ilk dəfə 900 il bundan qabaq gölün ətrafında özü yandırdığı ocaqda yeməyini hazırlayan çoban haqda düşünürəm. Normal həyatın qaçaqaçı burdan çox uzaq görünür və mən öz-özümə düşünürəm ki, görəsən bura yenə gələ biləcəyəmmi. Məni fikrimdən canavar ulaması və bayquşun səsi ayıltdı, bu mənə sanki xəbərdarlıq oldu ki, hava tam qaralmamış evə dönməliyəm.

Yeni günümü mənəvi istirahət yeri olan 5-ci imamın oğlu Muhamməd əl-Baqirin oğlu İbrahimin 8-ci əsrdə tikilmiş ziyarətgahına baş çəkməklə başladım. Kompleksin otelidə var. Belə ki, buraya ziyarətə gələnlər ödəmə üçün imkanları yoxdursa, oteldə pulsuz gecələyə bilərlər. Yeni məscidin girişinə doğru hərəkət edərkən müqəddəslərin qəbirləri arasından keçəndə saçımı örtməyim üçün mənə zərif bir yaylıq verdilər. Qaranquşların səslərinin müşayiəti altında İbrahimin qəbrinin üzərində olan abidə heyrətamiz görsənirdi. Axundun səsi günbəzin ətrafında əks-səda verirdi. Bu zaman türbənin içərisində qadınlar istəklərinin yerinə yetməsi üçün dua edirdilər. Mənim növbəti dayanacağım Füzuli və Mövlana kimi mühüm şəxslərə dərindən təsir göstərmiş Qafqazın incisi, böyük alim, şair, müqəddəs, filosof və alim olan Nizaminin məqbərəsidir.

12-ci əsrdə yaşayan Azərbaycanda ilk qadın musiqiçi, bəstəkar və şair Məhsəti Gəncəvinin adına bədii muzey məni cəlb etdi . Muzeyin içərisindəki dəzgahlar sifariş üzrə müasir və klassik xalça hazırlamaq üçün istifadə olunur. Xalça yalnız geometrik yox, eləcə də xalçanı hazırlayanın öz hekayəsini göstərən fiqurlarla başdan-başa dekorasiya olunub. Dəyəri minlərlə avro ilə ölçülən bu xalçalar, üzərində olan fiqurların hekayəsi danışılmaqla yeni sahiblərinə çatdırılır.

Müasir Bakı şəhərinin turistlərin əksəriyyətini cəlb etməsinə baxmayaraq, əminəm ki, Gəncə şəhəri də Azərbaycan mədəniyyətini görmək üçün əla fürsətdir. Qərara aldım ki, məndə olan manatla olan pulumu dəyişməyim. Çünki, Gəncəni bir daha ziyarət edəcəyimə əminəm. Ona görə də, Azərbaycandakı dostlarımla gələn görüşlərimizə qədər vidalaşdım.

 

Mənbə: Skylife

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR