"Şkupi"nin futbolçusu: "Neftçi"nin avrokuboklarda böyük təcrübəsi var"
Makedoniyanın "Şkupi" komandasının futbolçusu Muharem Bayrami Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, klubun rəsmi saytına danışan 35 yaşlı yarımmüdafiəçi "Neftçi"nin Avropa arenasında böyük təcrübəsi olduğunu söyləyib.
35 yaşlı yarımmüdafiəçi bildirib ki, matçın səfərdə keçirilməsi onlara çətinlik yaradacaq: "Azərbaycan çempionatının öz ənənələri var. Səfərdə oynayacağımız üçün bizə çətin olacaq. Amma mərhələ 1 oyundan ibarət olduğundan əlimizə düşən şansdan maksimum yararlanmağa çalışacağıq".
Bayraminin sözlərinə görə, "Neftçi"ni analiz etmək üçün kifayət qədər vaxtları var: "Ümid edirik ki, yeni transferlərimiz də formada olacaq. Favorit olmasaq da, maksimum nəticə qazanmaq üçün başımızı dik tutacağıq".
Qeyd edək ki, "Neftçi" - "Şkupi" oyunu avqustun 27-də keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət