Dərc edildi: Baxış sayı: 293
ŞKTC-nin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Bu gün Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat verib.
Ersin Tatar Azərbaycan Milli Məclisində Şimali Kipr Türk Cümhuriyyəti ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasına görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.
Dövlətimizin başçısı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yaradılmasının xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcəyini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət